XƏSTƏLİKLƏRİN BEYNƏLXALQ TƏSNİFATI (XBT) – sәhiyyәdә aparıcı statistik tәsnifat әsası olan normativ sәnәd. Xәstәlәnmә dәrәcәsinin, ölümün sәbәbinin vә sәhiyyә müәssisәlәri fәaliyyәtinin öyrәnilmәsi sahәsindә müşahidәlәrin sistemlәşdirilmәsi qaydalarını müәyyәn edir. Xәstәliklәrin tәsnifatının elmi әsaslarla yaradılmasına hәlә 18 әsrdә tәşәbbüs göstәrilmişdir [fransız hәkimlәri F.B. de Lavrua (1706–67), C.B.Morqani vә b.]. 1855 ildә Parisdә 2-ci Beynәlxalq statistika konqresindә ingilis hәkimi vә sanitariya statistiki U.Farrın (1807–83) vә İsveçrә hәkimi vә statistiki M.d᾿Espinin (1806–60) tәsnifatları әsasәn xәstәliklәrin (ölümün sәbәblәrinin) tәsnifatı dәfәlәrlә yenidәn müzakirә olunmasına (1864, 1874, 1880, 1886) baxmayaraq, hamı tәrәfindәn qәbul olunmadı. Sonralar o, birinci XBT-nin yaranmasına әsas olaraq, 1891 ildә yenidәn işlәnmәsi üçün (1851–1922) Beynәlxalq Statistika İn-tunun layihәsi kimi Parisdә statistika bürosunun direktoru hәkim-statistik J.Bertilyona hәvalә edildi. 1893 ildә tәqdim olunan layihә bir sıra ölkәlәr vә 1900 ildә yenidәn müzakirә edilmәsilә birinci Beynәlxalq konfrans tәrәfindәn, tәsnifata hәr 10 ildәn bir yenidәn baxılması şәrtilә XBT kimi qәbul edildi. XBT-dә әn mühüm dәyişikliklәri (ancaq ölümün sәbәblәrinin tәhlili üçün ayırılan) 1948 ildә ÜDST özünün birinci sessiyasında daxil etdi; XBT-nin 6-cı tәkrar baxılmışı tәsdiq edildi, “Xәstәliklәrin, travmaların vә ölümün sәbәblәrinin beynәlxalq tәsnifatı üzrә “tәlimat” adı qәbul edildi vә orada bütün xәstәliklәr siniflәrә, bloklara, fәsillәrә (üç işarә ilә şifrlәnir) vә yarımfәsillәrә (dörd işarә ilә şifrlәnir) bölünmüşdür. 1951 ildә Londonda XBT-nin tәkmillәşdirilmәsi üzәrindә daimi iş aparmaq üçün ÜDST-in mәrkәzi yaradıldı.
Azәrb.-da qüvvәdә olan xәstәliklәrin ilk sovet nomenklaturası vә tәsnifatı 1924 ildә tәsdiq edildi (1952 ilә kimi 3 dәfә yenidәn baxılmışdır). 1965 ildә SSRİ XBTyә keçdi, ona axırıncı dәfә –10-cu baxışına 1989 ildә baxılmışdır (XBT–10). XBT–10 Azәrb.-da 1993 ildәn qüvvәdәdir; RF-dә vә eyni zamanda Azәrb.-da tәdricәn 1996 ildәn tәtbiq edilir, 1999 ildәn isә ölkәnin bütün müalicә profilaktika müәssisәlәrindә istifadә edilir.
XBT-10-da bütün xәstәliklәr 21 sinifә bölünmüşdür vә onlar 4 prinsip әsasında yaradılmışdır: etiologiyasına (I, XIX, XX siniflәr), patogenezinә (II vә IV), lokallaşmasına (III–XIV) vә xüsusi vәziyyәtin ümumiliyinә (XV, XVI, XVII) XVIII sinif (bura klinik vә laborator müayinәlәr zamanı aşkar olunan simptomlar, әlamәtlәr vә normadan kәnara çıxmalar vә digәr fәsillәr dә tәsnif olunmayanlar daxil edilmiş), habelә XXI sinif (bura, әhalinin sağlamlıq vәziyyәtinә vә sәhiyyә müәssisәlәrinә müraciәt etmәlәrinә tәsir edәn faktorlar daxildir) xüsusi yer tutur. XBT-10 üç cilddәn ibarәtdir: 1-ci cildә bütün fәsillәr vә yarımfәsillәr tam daxildir vә buraya ölkәlәrin ÜDST-ә tәqdim etdiyi xәstәliklәrin vә ölümün sәbәblәri haqqında mәlumatlar, hәmçinin XBT-10-da istifadә olunan әsas terminlәr daxildir; 2-ci cildә XBT-10-un tәsviri, onun vәzifәlәri, tәtbiqolunma sahәsi, xәstәliklәrin vә ölümün sәbәbinin kodlaşdırılması qaydaları, tәlimatları, daxildir; 3-cü cilddә xәstәliklәrin vә travmaların әlifba siyahısı vә xarici sәbәblәr vә zәdәlәnmәlәrin siyahısı tәqdim olunur.










