XƏSTƏLİYİN XƏBƏRDARLIĞI (prodro mal dövr, πρόδρομος – irәli qaçan) – xәstәliyin әsas kliniki әlamәtlәrindәn qabaq olan erkәn simptomları. Çox vaxt infeksion xәstәliklәr üçün sәciyyәvi olur. X.x. kimi qeyri-spesifik adlanan әlamәtlәr: yüksәk yorğunluq, tez qıcıqlanma, әzәlәlәrdә vә oynaqlarda ağrılıq, başağrısı, iştahanın düşmәsi, diskomfort hissi vә s. әmәlә gәlә bilәr. X.x.-nın kliniki әhәmiyyәti xәstәliyin erkәn diaqnostikası vә onun müalicәsinin vaxtında başlanması imkanına sәbәb olmasıdır. X.x.-nın aşkara çıxarılması pasiyentin dәrindәn müayinә olunmasını vә onun patologiyasının diferensial diaqnostikasını tәlәb edir.










