XƏTA – 1) a v t o m a t i k t ә n z i m l ә m ә prosesindә tәnzimlәnәn kәmiyyәtin verilәn qiymәtlәri ilә hәqiqi qiymәtlәri arasında fәrq. İstәnilәn anın X.-sı qәrarlaşmış rejimdәki (statik X.) vә keçid prosesindәki (dinamik X.) X.-ların cәmi kimi nәzәrdәn keçirilir. Statik vә dinamik X. avtomatik tәnzimlәmә sisteminin uyğun olaraq statik vә dinamik dәqiqliyini müәyyәn edir. 2) Ölçmә nәticәlәrinin xarakteristikası; kәmiyyәtin tapılan (ölçülәn) qiymәtinin onun hәqiqi qiymәtindәn fәrqlәnmәsini göstәrir.










