XƏTAİ TƏBRİZİ (?–?) – 15 әsr Azәrb. şairi. Hәyatı vә yaradıcılığı haqqında mәlumat azdır. Sultan Yaquba hәsr etdiyi “Yusif vә Züleyxa” (15 әsrin 80–90-cı illәri) mәsnәvisi Azәrb. dilindә ilk poemalardan sayılır. Mәsnәvinin süjet xәtti vә tәhkiyә tәrzindә folklorla bağlı mәqamları X.T.-nin şifahi xalq әdәbiyyatına vә özündәn әvvәlki klassik Şәrq әdәbiyyatının әnәnәlәrinә yaxından bәlәd olduğunu göstәrir. Poemanın dili sadәdir; buradakı qәzәllәrdә şairin tәsvir olunan hadisәlәrә münasibәti aydın bәdii әksini tapmışdır. Əsәr mәsnәvi janrının tәşәkkülü vә formalaşmasını, inkişaf qanunauyğunluğunu öyrәnmәk baxımından xüsusi әhәmiyyәtә malikdir. X.T.- nin sәnәti orta әsrlәr Azәrb. әdәbiyyatı tarixindә, habelә sonrakı dövrlәrdә dә epik şeirin inkişafına tәkan vermiş, onun forma, mәzmun vә tәrtibat baxımından zәnginlәşmәsindә xüsusi rol oynamışdır. Ədәbi irsi poetik sәviyyәsi, bәdii tәsir qüvvәsi, humanist vә dünyәvi ruhuna görә seçilir. Əsәrin hәcmi rәmәl bәhrindә, 1223 beytdir; Azәrb. MEA Əlyazmalar İn-tunda 7 әlyazma nüsxәsi saxlanılır, onlardan әn qәdimi 18 vәrәqdәn ibarәt nüsxәdir. Mövcud әlyazmalar әsasında poemanın elmi-tәnqidi mәtni hazırlanmışdır.
Əd.: Azәrbaycan әdәbiyyatı tarixi, 7 cilddә, c.3. B., 2009.










