Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏTİB TƏBRİZİ 
    XƏTİB TƏBRİZİ (Əbu Zәkәriyya Yәhya Əli oğlunun tәxәllüsü; 1030, Tәbriz – 3.1.1109, Bağdad) – Azәrb. әdәbiyyatşünası, mütәffәkkir. 11 әsr Azәrb. elm vә mәdәniyyәtinin görkәmli nümayәndәlәrindәn biri. İlk tәhsilini Tәbrizdә almış, 20 yaşlarında Suriyaya getmiş, mәşhur şairfilosof Əbu-l-әla әl Mәәrridәn dil, әdәbiyyat tarixi, fәlsәfә vә ilahiyyat elmlәrini öyrәnmişdir. Suriya vә Misirin müxtәlif şәhәrlәrindә görkәmli alimlәrlә (Xәtib Bağdadi, Əbülfәth Razi, Əbu Tәyyib Tәbbәri, Əbülqasim Tәnnuxi vә b.) görüşmüş, onlarla elmin müxtәlif sahәlәrinә dair tәhlillәr aparmışdır. X.T. Bağdadda un-t tipli “Nizamiyyә” mәdrәsәsi (1067) açıldığı gündәn Nizam әl-mülk tәrәfindәn müәllimliyә dәvәt olunmuş, ömrünün sonunadәk orada filologiya elmlәrinin tәdrisinә rәhbәrlik etmiş vә kitabxana müdiri işlәmişdir. Bağdadda “Bab Əbrәz” adlanan qәbiristanlıqda dәfn olunmuşdur.
    Yaradıcılığa şeirlә başlamışdır. Zәngin elmi irsinә nisbәtәn dövrümüzәdәk az şeiri gәlib çatmışdır. 11әsr tәzkirәçilәrindәn Əli Baxarzi şairin Nizamülmülkә hәsr etdiyi qәsidәsini öz mәcmuәsinә köçürmüş, İbn әl-Əsir, İbn Xәlliqan kimi müәlliflәr alimin şeir yaradıcılığına aid qeydlәr etmişlәr. Ərәb alimi Corci Zeydan X.T.-nin “Divan”ı olduğunu yazmışdır; bir neçә şeiri әrәb mәnbәlәrindә saxlanılmışdır. Şeirlәrin dә paxıllıq, xudbinlik, haqsızlıq vә s. mәnfi әxlaqi sifәtlәr tәnqid olunur. X.T.-nin әdәbi irsi Şәrq elmi, tәnqidi vә nәzәri fikrini bir çox yeni düşüncәlәr, ideyalar, formalarla zәnginlәşdirmişdir.
    X.T. universal, ensiklopedik alim olmuş, çoxşaxәli elmi yaradıcılığı ilә şöhrәt qazanmışdır. Klassik әrәb poeziyasının görkәmli abidәlәri haqqında әdәbi-tәnqidi qeydlәr, әrәbdilli әdәbiyyatın elmi poetikasının yaranması X.T.-nin fәaliyyәti ilә bağlıdır. Hәmçinin, X.T. şәrhlәrindә әrәb leksikoqrafiyasının problemlәrinә geniş şәkildә toxunmaqla yanaşı, әrәb qramatika elminin inkişafında mühüm rol oynamış sırf dilçilik әsәrlәri dә yazmışdır. Orta әsr mәnbәlәrindә X.T.-nin “Nәhvә dair qısa xülasә” (“Lumn finnәhv”) vә “Nәhvә giriş” (“Müqәddәmat finnәhv”) adlı iki dilçilik әsәri yazdığı göstәrilir. Bu әsәrlәr orta әsrlәrdә çox mәşhur olmuş, lakin dövrümüzәdәk gәlib çatmamışdır. Onun “Hәmasә”nin şәrhi”, “Siqt Əz-zәnd”in şәrhi”, “Əbu Tәmmamın divanının şәrhi”, “On poemanın şәrhi”, “Mufaddaliyyat”ın şәrhi”, “Mәqsurә”nin şәrhi” әsәrlәri Yaxın vә Orta Şәrq xalqları әdәbi fikrinin inkişafında mühüm rol oynamışdır. X.T. xalq hәyatını düzgün әks etdirmәyi poeziyanın başlıca vәzifәsi sayır, forma kamilliyi ilә mәzmun gözәlliyinin vәhdәti prinsipini müdafiә edirdi. X.T., hәm dә görkәmli tәnqidçi olmuşdur. O, göstәrirdi ki, “şeiri tәnqid etmәk onu yazmaqdan çәtindir”. X.T.-nin fikrincә әdәbi tәnqidlә mәşğul olan hәr hansı bir alim әdәbiyyatşünaslıq sahәsindә yüksәk nәzәri hazırlıq mәrhәlәsi keçmәklә yanaşı, dilçilik, tarix, etnoqrafiya, folklor, fәlsәfә elmlәrinin zәruri müddәalarını da dәqiq bilmәli, tibb, astronomiya vә riyaziyyatın bir sıra mәsәlәlәrindәn xәbәrdar olmalıdır. Tәnqidçi hәr hansı bir poetik әsәri tәhlil edәrkәn әlaqәdar elmlәrin kömәyinә arxalanmasa, quru vә cılız izahatdan başqa bir şeyә nail ola bilmәz. Bir sәnәtkarın yaradıcılığını düzgün tәhlil etmәk üçün, tәnqidçi onun üslubuna bәlәd olmalı, şeirin bәdii xüsusiyyәtlәrini düzgün tәyin etmәli, şairin dövrünü, әsәrlәrindә toxunduğu sosial mәsәlәlәri, xalqın adәt vә әnәnәlәrini dәrindәn öyrәnmәlidir. “Quran”ın el miqramatik tәhlilini verәn “Quranda qram matik hallanma” (“İrabul-Quran”), “Quran”ın dini fәlsәfi mәzmununa hәsr etdiyi “Quranın tәfsiri” (“Tәfsirul Quran”) әsәrlәri dә var. X.T. tәdqiqatlarında yalnız әdәbiyyat vә dil problemlәri ilә mәhdudlaşmamış, etnoqrafiya, fәlsәfә vә ilahiyyatın mürәkkәb mәsәlәlәrini dә araşdırmışdır. X.T.-dәn Mәhәmmәdәli Tәrbiyәt, M.S.Ordubadi, H.Araslı, K.Brokelman, C.V.Freytaq, S.M.Stern, İ.Y.Kraçkovski vә başqa alimlәr bәhs etmişlәr.
    Əd.: M a h m u d o v M., Xәtib Tәbrizinin hәyatı vә yaradıcılığı. B., 1972; y e n ә o n u n, Piyada... Tәbrizdәn Şama qәdәr. B., 1982; Ə.S ә f ә r l i, X.Y u s i f o v. Qәdim vә orta әsrlәr Azәrbaycan әdәbiyyatı. B., 1998; Azәrbaycan әdәbiyyatı tarixi. 7 cilddә, c.2. B., 2007.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 