Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏTT, g e n e t i k a d a 
    XƏTT, g e n e t i k a d a – bir növün bir sıra ardıcıl nәsillәrindә üzә çıxan eyni әlamәtlәrin müәyyәn dәstinә (X. standartı) malik orqanizmlәr qrupu. Bir qayda olaraq, cinsi çoxalmada X. standartı müәyyәn genlәrin allellәri üzrә homoziqotluqla müәyyәn edilir. “X.” termini heyvanlar vә bitkilәrlә, elәcәdә, çoxhüceyrәli orqanizmlәrdәn әldә edilmiş vә kulturada çoxaldılan eynicinsli hüceyrә qrupları ilә әlaqәdә işlәdilir. Mikroorqanizm X.-lәrini adlandırmaq üçün “ştamm” termini qәbul edilmişdir. İkin olaraq X. tәbii populyasiyanın әksәr fәrdlәri üçün sәciyyәvi olan әlamәtlәr dәstinә malik “vәhşi tipin” l a b o r a t o r i y a X.-i alınmaqla tәbii populyasiyadan әldә edilir. Bundan sonra onlardan inbrindinqin, mәqsәdyönlü seçmә vә “özündә” çoxalmanın kömәkliyi ilә genetik cәhәtdәn möhkәmlәnmiş ayrı-ayrı әlamәtlәrә görә tәbii standartdan fәrqlәnәn X. alınır.
    Yeni X.-lәr yaratmaq üçün, hәmçinin, sonradan seçmә aparmaqla hibridlәşdirmәmutagenez dә tәtbiq edilir. Seleksiyada X.-in alınması üçün başlanğıc material heyvan cinslәri vә bitki sortlarıdır. Cinsi çoxalma zamanı standart xәttin saxlanılması eyni әlamәt dәstinә malik qohum olmayan (autbred X.) vә ya qohum (inbred X.) fәrdlәrin çarpazlaşdırılması vasitәsilә hәyata keçirilir. Öz-özünә tozlanma (bitkilәrdә) vә ya öz-özünü mayalama (heyvanlarda) zamanı bir neçә ardıcıl nәsillәr cәrgәsindә praktiki olaraq bütün genlәrin allellәri üzrә homozi qot olan tәmiz X.-lәr әldә edilir. Çox zaman tәcrübә siçanlarının zәif qohumluq dәrәcәsi inbridinqinin (yәni öz-özünә mayalanmasız) әsasında alınmış inbred X.-lәri tәmiz X. adlandırırlar ki, bunu da düzgün hesab etmәk olmaz. Yaradılan X. kolleksiyalarının әsasında bir çox genetik problemlәr hәll olunur.
    Heyvandarlıq tәcrübәsindә genealoji, zavod, “yalançı” vә sintetik X.-lәr fәrqlәndirilir. G e n e a l o j i X. ümumi әcdaddan törәyәn bir qrup heyvanlardır. Z a v o d X. bir görkәmli әcdada malik olan vә quruluşu, mәhsuldarlığı, xәstәliklәrә vә genetik anomaliyalara qarşı dözümlülüyünә görә ona oxşayan yüksәk mәhsuldar heyvanlardır. “Y a l a n ç ı” X. qiymәtli anac heyvanla tәsadüfi törәdicilәrin ardıcıl cütlәşmәlәri (bir neçә nәsildә) yolu ilә yaranır; belә X.-dә anac heyvanların irsiyyәti möhkәmlәnib qalır. S i n t e t i k X. heyvanların cütlәşmәsi vә hibridlәrin “özündә” çoxaldılması yolu ilә heterogen populyasiya әsasında әldә edilir; adәtәn iki vә daha çox cinsdәn istifadә olunur. Ümumi vә ya spesifik kombinasiya qabiliyyәtinә (uyğunluğuna) malik olan vә çarpazlaşma zamanı heterozis nәsil verәn X., uyğun X. adlandırılır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 