Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏTTATLIQ 
    XƏTTATLIQ (әr. الخّطاط – x ә t t a t sözündәn), k a l l i q r a f i y a (yun. χαλλιγραφία – kalliqrafiya, xәttatlıq) – aydın, yaraşıqlı yazmaq sәnәti. X. yazıya dekorativlik, gözәllik, bәdii ifadәlilik verir. Avropa әnәnәsindә X. şriftin yaranması ilә bağlıdır; Uzaq Şәrq vә islam dünyası ölkәlәrindә isә incәsәnәtin bir növüdür. Şәrq X.-ının mәnbәyi min illәr boyu plastik sәnәt növlәri arasında X.-ın yüksәk statusa malik olduğu Çin әnәnәlәridir.
    Ç i n X.-ı sәnәt növü olaraq jesti hәrәkәt dә, yaxud sükunәtdә qrafik fiksә edir. Kalliqrafik xәtlәr dәsti iki tәrzdә tәşәkkül tapırdı: heroqliflәrin tәrkibinә daxil olan elementlәri xәtt vә nöqtәlәrlә tәsvir edәn qrafikayönümlü plastik tәrz vә qrafikaya әlavә bәzәk süjetlәrinin daxil edilmәsinә imkan verәn ornamental tәrz. Plastik xәtlәrin ornamental xәtlәr üzәrindә әzәli vә daimi üstünlüyü Çin X. әnәnәsinin başlıca inkişaf xüsusiyyәti olmuşdur.
    20 әsrdә Çin әnәnәvi mәdәniyyәtinin modernlәşdirilmәsi şәraitindә Çin intellektualları X.-a milli identikliyi saxlama vasitәsi kimi yanaşırdılar. 20 әsrin 1-ci yarısında hәr bir tanınmış usta çox sayda yaranan müstәqil mәktәblәrdәn birinin başçısı olmuşdur. Bu dövrdә qәdim nümunәlәr әsasında yeni xәtlәr meydana gәlmişdir (szya-qu, bey-şu). “Mәdәni inqilab” illәrindә X.-dan tәsirli ideoloji silah kimi istifadә edilmişdir. Mao Tszedun özü çox sayda tәşviqat X.-ı nümunәlәri yaratmışdır. 20 әsrin son rübündә peşәkar xәttatlar birliyi 2 düşәrgәyә ayrılmışdır: әnәnәçi xәttatlar (әsasәn, yaşlı nәslin nümayәndәlәri) vә “müasir X.” uğrunda hәrәkata qoşulan gәnc ustalar.
    Çin ilә qonşu olan ölkәlәrin hәr biri öz milli X. mәdәniyyәtini formalaşdırmaq üçün onun bәdii tәcrübәsindәn faydalanmışdır. Çin X. әnәnәlәri ilә tanışlıq heroqlif yazısının vә Konfusi imtahan sisteminin iqtibası çәrçivәsindә baş vermişdir. Çin X. irsi geniş olduğundan onun mәnim sәnilmәsi dә uzunmüddәtli, çoxmәrhәlәli olmuş vә seçici xarakter daşımışdır. Bu prosesә ilk olaraq 1 әsrdә Vyetnam, 2–3 әsrlәrdә Koreya, 6–7 әsrlәrdә Yaponiya qoşulmuşdur. Görkәmli Çin xәttatları ölkә sәrhәdindәn kәnara çıxmadıqları üçün onların yaradıcılığı ilә tanışlıq çәtin olmuşdur vә milli mәktәblәrdә X. texnikasının sәviyyәsi Çinin özündә tәcrübә keçmәkdәn asılı idi.
    Koreya tәlәbәlәrini tez-tez Çinә göndәrdiyi üçün xәttatlarının hazırlığı baxımından digәr ölkәlәri qabaqlamışdı. K o r e y a X.-ı tarixindә birinci mәrhәlә koreyalıların Çin X. vasitәlәri vә yazı texnikası ilә tanış olduqları Üç dövlәt (e.ә. 1 әsr – eramızın 7 әsri) dövrüdür. Birlәşmiş Silla dövründә (668–935) Koreya saray dairәlәrindә X.-a dair biliklәrin sәviyyәsi әhәmiyyәtli dәrәcәdә artmış, xüsusilә Çin xәttatı Ouyan Syunun üslubuna üstünlük verilmişdir. 15 әsrdә koreyalı sәnәtkarlar X. vasitәlәri, ilk növbәdә Çin xәttatlarının da mәmnuniyyәtlә istifadә etdiklәri mәşhur Koreya kağızı istehsalında yüksәk nailiyyәtlәr әldә etmişdilәr. Bu mәrhәlәdә Çin X. әnәnәsi tamamilә mәnimsәnilmişdi. 20 әsrdә X.-ın xanqıl milli әlifbası әsasında yüksәlişi müşahidә edilirdi. Fırçanın basılma gücünә diqqәt yetirmәk, hәr xәtt vә nöqtәnin ağırlığını hiss etmәk Koreya X.-ının milli xüsusiyyәtlәridir.
    Y a p o n i y a d a Çin yazısı ilә ilk tanışlıq 5 әsrdә baş versә dә, öz X. sәnәti 6–8 әsrlәrdә yaranmışdır. Erkәn mәrhәlәdә yaponların müәllimi, әsasәn, koreyalı ustalar olmuşlar. 9 әsrdә milli yazının 2 variantı yaradılmış, onların plastik normativlәri işlәnib hazırlanmışdı. Bununla әlaqәdar Heyan dövründәn (794–1185) başlayaraq, yapon X.-ının inkişafı 2 istiqamәtdә getmişdir: “Çin” (kara-yo) vә “milli” (va-yo). Yapon X.-ı tarixindә növbәti mәrhәlә (13–14 әsrlәr) Dzen buddizm mәktәbinin yayılması ilә bağlıdır. 15–17 әsrlәrdә X. çay mәrasimi ustaları tәrәfindәn tyanoyu çay ritualına daxil edilmişdi. 20 әsrdә, әsasәn, milli yazıdan, hәmçinin Çin heroqliflәrindәn dә istifadә edәn müxtәlif modernist cәrәyanlar sürәtlә inkişaf etmәyә başlamışdı. Yapon X.-ının milli xüsusiyyәtlәri fırçanın kәskin sәrt vә eyni zamanda rәvan hәrәkәti ilә tәzahür edir. Yapon ustalarının yaradıcılığı üçün yüksәk emosional gәrginlik sәciyyәvidir.
    İ s l a m  ö l k ә l ә r i n d ә X. әrәb qrafikası әsasında gözәl şәkildә yazmaq sәnәti olaraq formalaşmışdır. Hәrflәrin bir-biri ilә birlәşdikdә zәngin görünüş alması, eyni söz, yaxud cümlәnin müxtәlif kom pozisiyalarla yazıla bilmәsi әrәb X.-ının özünәmәxsusluğudur. Ərәb X.-ı әvvәlcә Quranın köçürülmәsi ilә başlamış, buna görә dә yazılmış söz dini mahiyyәt daşımışdır. Bir çox hökmdar Quranın köçürülmәsini öz öhdәsinә götürmüş vә bunun üçün X.-ın ümdә qaydalarını öyrәnmәyә çalışmışdır. Şәrqşünasların tәdqiqatları әrәb yazı sisteminin Nәbati yazısının davamı olduğunu göstәrmişdir. Nәbati yazısının “cәzm” vә “mәşq” adlı iki fәrqli üslubu islamdansonrakı dövrdә tәkmillәşәrәk, sәnәt sәviyyәsinә yüksәlmişdir. İslamdanәvvәlki dövrdә istifadә olunduğu yerin adına uyğun әnbari, hiri, islamın yarandığı dövrdә mәkki, hicrәtdәn sonra mәdәni adlanan cәzm tәrzi Quranın yazılmasında, mәşq tәrzi isә gündәlik yazılar da istifadә olunmuşdur. İslamın yarandığı dövrdә hәlә inkişaf etmәyәn X. dörd xәlifә dövründә (632–661) estetik mahiyyәt qazanmışdır. Kufә şәhәrinin paytaxt olmasından sonra orada yaranan kufi xәtt inkişaf etmәyә başlamışdır. Əmәvilәr dövründә (661–750) yeni xәtt növlәri yaranmış, böyük ölçülü yazılar üçün cәli, rәsmi dövlәt yazıları üçün standart ölçülü tumar yazısı işlәdilmişdir. Tumar yazısından “sülüseyn” (tumar qәlәminin üçdә ikisi) vә “süls” (tumar qәlәminin üçdә biri) adlı yeni yazı növlәri formalaşmışdır. Əsasәn, Quranın yazılmasında işlәdilәn kufi xәtt Şimali Afrika ölkәlәrindә dәyirmilәşәrәk, xüsusilә Əndәlis vә Qәrbdә “mәğribi”, İranda vә Şәrq dә “mәşriq kufisi” adı ilә mәşhurlaşmışdır. İri kufi xәttә daha çox abidәlәrdә, güllü, yarpaqlı, hörüklü, bәzәkli növlәrinә isә kitab başlıqlarında rast gәlinir. Ərәb X.-ının әsas inkişafı Abbasilәr dövrünün (750–1258) әvvәllәrinә tәsadüf edir. Dövrün vәziri vә mәşhur xәttatı Əbu Əli Mәhәmmәd İbn Müğlә (886–940) kufi yazıdan meydana gәlәn “klassik altılıq” (Ə – әqlәmu sittә – altı qәlәm, altı növ yazı) adlı süls, nәsx, mühәqqәq, reyhani, toqi, rüqә xәtlәrini formalaşdırmışdır. 13 әsrdә Yaqut әl-Müstәsimi (1203–98) “klassik altılığ”ı tәkmillәşdirәrәk, müәyyәn şәklә salmışdır. Yaqutun ölümündәn sonra bu 6 xәtt növü tәlәbәlәri vasitәsilә Bağdaddan Anadolu, Misir, Suriya, İran vә Orta Asiyaya qәdәr yayılmışdır. Klassik altılıq içәrisindә sәnәtә әn uyğunu qәdim mәnbәlәrdә “ümmülxәtt” (“xәtlәrin anası”) adlandırılan süls xәttidir. Nәsx xәtti sәtir nizamına tabe olduğundan, şaquli formada yazılmağa uyğun olmamış, daha çox irihәcmli mәtnlәrin, xüsusilә Quranın yazılmasında istifadә edilmişdir. Toqi vә rüqә xәtlәri Osmanlı dövlәtinin ilk üç әsrindә rәsmi yazışmalar, nadir hallarda kitab çoxaltmaq mәqsәdilә işlәdilmişdir. Bu 6 xәtt növü hәrәkә vә kömәkçi işarәlәrin istifadә olunduğu yazılardır. Türk dilindәki mәtnlәrdә nәsx, toqi, rüqә yazıları hәrәkәsiz dә yazılmışdır. Klassik altılıqda әrәb ölkәlәri türk xәttatlarının tәsirindә qalmış, İran isә bu sahәdә elә dә uğur qazanmamışdır. Əli Neyrizi (18 әsr), Visal Şirazi (19 әsr) İranın әn mәşhur xәttatlarından olmuşlar. Ərәb-müsәlman dünyasının müxtәlif guşәlәrindәn olan әn mәşhur xәttatlar: Xalid ibn Hәyyac, әl-Fәrahidi (8 әsr), әl-Dәhaq, әl-İşaq, Əhmәd әl-Qәlbi, İbrahim vә Yusif әl-Şәraci, Əhval  әl-Mühәrrir (9 әsr), Əbu Əli Mәhәmmәd ibn-Əli ibn Müğlә, İbrahim әs-Suli (10 әsr), Əbül Hәsәn Əli ibn әl-Bәvvab (11 әsr),  әl-Qәlqәşәndi (15 әsr). Xәttatlar arasında qadınlar da olmuşlar: Fatimә әl-Bağdadi vә Şüxdә bint әl-Əbnari (12 әsr).
    Konstantinopolun fәthindәn sonrakı dövrdә İstanbul islam X.-ının mәrkәzinә çevrilmişdir. Osmanlı xәttatlarından Şeyx Hәmdullah (1436–1520) әvvәlcә Yaqutun üslubunu izlәmiş, sonralar isә tәlәbәsi Sultan II Bәyazidin tәşviq vә tövsiyәsi ilә sәnәt zövqünә uyğun “Şeyx üslubu” tәrzini formalaşdırmış vә öz adı ilә mәktәb yaratmışdır. Bu dövrdә nәsx Quranın yazılmasında, rüqә xәttat imzalarında, toqi isә nadir hallarda istifadә olunmuşdur. 17 әsrin 2-ci yarısında Hafiz Osman (1641–1698) altı xәtt növünü mükәmmәl gözәlliyә çatdırmış vә öz mәktәbini yaratmışdır. Mustafa Raqim, Mehmet Şövqi әfәndi, Mehmet Cәlalәddin, Hәsәn Rza әfәndi vә b. da mәşhur osmanlı xәttatları olmuşlar.
    Klassik altılıqdan ayrı üslubda formalaşan tәliq, nәstәliq, divani, divani-cәli, rüqә vә siyaqәt dә mühüm yazı növlәridir. Osmanlı dövlәtinә 15 әsrdә gәlmiş tәliq xәtti Divani-Humayundakı rәsmi yazışmalar üçün istifadә olunduğundan, “divani” adlandırılmışdır. Osmanlılarda gündәlik yazışmalar üçün rüqә xәttindәn istifadә olunmuşdur.
    Əmәvi, Abbasi, Fatimi, Əyyubi, Sәlcuqi, Elxani, Sәfәvi, Ağqoyunlu dövlәtlәri vә sülalәlәri dövründә daima diqqәt mәrkәzindәki sәnәt növü olan X. hökmdar vә digәr dövlәt adamlarının himayәsi vә marağı nәticәsindә yüksәlmişdir. Bunlardan Qiyasәddin Baysunqur, Hüseyn Bayqara vә vәziri Əlişir Nәvai, II Bәyazid, IV Murad, III Əhmәd, Sultan Əbdülmәcid vә b.-nı göstәrmәk olar. Hәr bir hәrfi sözdәki yerinә (әvvәldә, ortada, sonda) görә fәrqli görünüşә malik olan islam X.-ndan Qәrbin bir çox rәssamı ilham almışdır.
    Azәrb.-da X.-ın inkişafı 14 әsr xәttatı Mübarәkşah Zәrrinqәlәmin adı ilә bağlıdır. Bu dövrdә yaşamış Abdulla Seyrәfi Tәbrizi, Bәdrәddin Mәhәmmәd Tәbrizi (Bәndgir) vә b. xәttatlar bәdii әsәrlәrin üzünü köçürmәklә yanaşı, binaların bәzәk vә kitabәlәrini işlәmişlәr. 14 әsrin sonu – 15 әsrin әvvәllәrindәn Azәrb.-da X.-ın yeni inkişaf mәrhәlәsi başlanmış, görkәmli xәttat Mir Əli Tәbrizinin yaratdığı nәstәliq xәttindәn geniş istifadә edilmişdir. Cәfәr Tәbrizi, Əzhәr Tәbrizi, Şah Mahmud Zәrrinqәlәm Xәfinәvis, İbrahim Tәbrizi, Aini Tәbrizi, Əhmәd ibn Mәhәmmәd Tәbrizi (15 әsr), Əlabәy Tәbrizi, Şah Mahmud Nişapuri, Mir İmad Qәzvini, Nizamәddin Əli (әrdәbilli), Mehrab Tәbrizi, Əli Rza Abbasi Tәbrizi, Mәhәmmәd Rza Tәbrizi (16–17 әsrlәr) mәşhur Azәrb. xәttatlarıdır.
    16 әsrdә X. daha yüksәk inkişaf sәviyyәsinә çatmış, I Şah İsmayıl, I Şah Tәhmasib vә b. hökmdarlar X.-la mәşğul olmuşlar. Hәrtәrәfli istedada (şair, nәqqaş, rәssam vә s.) malik olan Azәrb. xәttatları әlyazmalarına özlәri miniatür çәkmiş (Sadıq bәy Əfşar, Əli Rza Abbasi Tәbrizi vә b.), metalişlәmә, kitab tәrtibatı, binaların dekorativ yazılarının işlәnmәsi vә s. sahәlәrdә fәaliyyәt göstәrmişlәr. Naxçıvan, Marağa, Bәrdә türbәlәrindә, Bakıdakı Şirvanşahlar sarayında X. sәnәtinin nadir nümunәlәri qalmışdır. AMEA Əlyazmalar İn-tunda mәşhur xәttatların üzünü köçür düyü әlyazma nüsxәlәri saxlanılır (Nizami “Xәmsә”sinin bir neçә nüsxәsi, 16 әsr xәttatı Mir İmad Qәzvininin nәstәliq xәtti ilә yazdığı “Divan”, İran xәttatı Sultanәli Mәşhәdinin nәstәliqlә yazdığı “Gülüstan” vә s.).
    Əd.: R ı f k ı M e l u l M e r i ç. Türk tezyini sanatları. İstanbul, 1937; A. S ü h e y l Ü n v e r. El-Hat tatü’l-Bağdadi: Ali b. Hilal. Bağdad, 1958; İ s m a i l H a k k ı B a l t a c ı o ğ l u. Türklerde yazı sanatı. Ankara, 1958; N a c i Z e y n e d d i n. Müsavverü’l-hat ti’l-Arabi. Beyrut, 1974; К а з и е в А.Ю. Художественное оформление азербайджанской рукописной книги ХIII–ХVII вв. М., 1977; M.U ğ u r D e r m a n. Türkhat sanatının şaheserleri. İstanbul, 1982; y e n ә o n u n, İslam kültür mirasında hatsanatı. İstanbul, 1992; С о л о к о в-Р е м и з о в С.Н. Литература – каллиграфия – живопись. М., 1985; y e n ә o n u n, Живопись и каллиграфия Китая и Японии. М., 2004.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 