Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏTTİ ELEKTRİK İNTİQALI 
    XƏTTİ ELEKTRİK İNTİQALI – aralıq mexaniki ötürmә olmadan elektrik enerjisini xәtti (düzxәtli) vә irәli-geri hәrәkәt enerjisinә birbaşa çevirmәk üçün intiqal. X.e.i.-nda dәyişәn cәrәyan vә ya sabitcәrәyan xәtti elektrik mühәrriklәri tәtbiq edilir. X.e.i.-nın konstruktiv xüsusiyyәtlәri ondan d.y. hәrәkәt vasitәlәrinin dartı qüvvәsinin yaradılması vә tormozlaması üçün istifadәyә imkan verir. D.y.-nda X.e.i.-lı qatarların hәrәkәti kontaktsız elektromaqnit sisteminin kömәyi ilә mümkündür. Xәtti elektrik mühәrrikinin qaçan elektromaqnit sahәsi yaradan hәrәkәtli hissәsi – maqnit keçirici (induktor) hәrәkәt vasitәlәrindә yerlәşir, mühәrrikin qısaqapanmış lövbәr rolunu oynayan reaktiv ferromaqnit zolağı (rels) yol boyu çәkilir. İnduktorun dolaqları yol boyu çәkilmiş kontakt relsi vasitәsilә cәrәyan alır; bu elementlәr arasında hava boşluğu yaranır. Belә magistrallarda hәrәkәt vasitәlәrinin yerdәyişmәsi üçün monorelsin, hәmçinin elektrik tәchizatı vә hәrәkәti idarәetmә sistemlәrinin daxil olduğu xüsusi infrastruktur qurulur. Hәrәkәt vasitәsinin gediş hissәsi ilә monorels arasındakı hava boşluğu hesabına sürtünmәnin olmaması dartı qüvvәsinin artmasına vә sürәtin yüksәlmәsinә şәrait yaranır. Sürәtin 400–500 km/saat-adәk yüksәlmәsi, hәrәkәtin rәvanlığı, tormozlama anında dayanmanın mümkünlüyü vә s. X.e.i.-nın müsbәt cәhәtlәridir. X.e.i. sisteminin tәtbiqi tәkәrsiz hәrәkәtә nail olmağa imkan verdi; torpaq yatağının vә rels yolunun salınmasına ehtiyac qalmadığından yol tikintisi işlәri sadәlәşdi; qatarların çәkisi azaldı; texniki qurğuların ehtiyatları artdı; hәrәkәt vasitәlәrinә xidmәt müddәti qısaldı vә onların istismarı asanlaşdı. X.e.i.-nın müxtәlif modifikasiyaları texnikanın digәr sahәlәrindә dә (mәs., metallurgiya, maşınqayırma vә s.) tәtbiq edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 