Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏTTİ ELEKTRİK MÜHƏRRİKİ 
    XƏTTİ ELEKTRİK MÜHƏRRİKİ – xәtti hәrәkәti almaq üçün qaçan maqnit sahәsinin enerjisindәn istifadә edilәn mühәrrik. X.e.m. sabit vә dәyişәn cәrәyan mühәrriklәrinә, sonuncu da öz növbәsindә asinxron (daha geniş yayılmışdır) vә sinxron mühәrriklәrә ayrılır. A s i n x r o n X.e.m. 2 hissәdәn ibarәtdir: hәrәkәtsiz (çox fazalı, bәrabәr paylanmış dolaqlı yastımaq nitkeçirici, yәni induktor) vә hәrәkәtli (induktora paralel yerlәşәn dolaqlı maqnit keçirici). İnduktorun dolaqlarındakı cәrәyanın maqnitkeçiricilәr arasındakı boşluqda yaratdığı qaçan maqnit sahәsinin hәrәkәtli hissәdәki cәrәyanla qarşılıqlı tәsirindәn mexaniki qüvvә (dartı qüvvәsi) yaranır. S i n x r o n X.e.m.-ndә hәrәkәtsiz hissәnin qaçan sahәsi hәrәkәtli hissәnin sahәsi ilә qarşılıqlı tәsirdә olur (hәyәcanlama dolağı sabit cәrәyan mәnbәyinә qoşulur). Sabit c ә r ә y a n X.e.m. fırlanan elektrik maşınları sxemi üzrә qurulur; hәrәkәtli elementin cәrәyanının hәyәcanlandırma sisteminin maqnit sahәsi ilә qarşılıqlı tәsiri dartı qüvvәsi yaradır. Belә mühәrriklәrdә elektromaqnit hәyәcanlandırması әvәzinә sabit maqnitlәrlә hәyәcanlanmanın istifadәsi perspektivlidir; nәticәdә tәlәb olunan güc vә mühәrrikin çәkisi aşağı düşür, qızma vә itkilәr azalır. Yarımkeçirici kommutatorların tәtbiqi kollektorsuz sabit cәrәyan X.e.m.-lәrini yaratmağa imkan verir.
    X.e.m düzxәtli vә irәli-geri hәrәkәt edәn mexanizmlәr üçün tәtbiq edilә bilir. Böyük dartı qüvvәsi yaratma imkanına görә X.e.m.-nin yüksәksürәtli yerüstü nәql.-ın qurulmasında istifadәsi çox perspektivlidir (bax Xәtti elektrik intiqalı). X.e.m. hәmçinin transportyorların, körpülü kranların, diyircәkli konveyerlәrin elektrik intiqalında, robot texnikası qurğularında, induksiya nasoslarında tәtbiq olunur.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 