XƏTTİ FUNKSİYA – y = k x+b funksiyası, burada k vә b sabitlәrdir; әsas elementar funksiyalardan biridir.
X.f.-nın әsas xüsusiyyәti ondan ibarәtdirki, funksiya artımı arqument artımı ilә mütәnasibdir. X.f. qrafiki olaraq düz xәtlә tәsvir olunur. Koordinat oxları üzәrindәki

miqyas eyni olduqda k bucaq әmsalı x.f.-nın qrafiki ilә Ox oxu arasındakı bucağın tangensinә bәrabәrdir (şәkil), b isә koordinat başlanğıcını Oy oxu ilә düz xәttin (funk siyanın qrafikinin) kәsişmә nöqtәsini birlәşdirәn parçanın uzunluğudur. b = 0 olar sa, X.f. bircinsdir, qrafiki isә y = kx düz mütәnasibliyini tәsvir edir. X.f. fizika vә texnikada müxtәlif kәmiyyәtlәr arasındakı asılılığı tәsvir etmәk üçün tәtbiq edilir. Çox dәyişәnli bircins X.f. xәtti forma adlanır. Əgәr arqument vә funksiya vektorlardırsa, onda bircins X.f. xәtti çevirmәdir.










