XƏYYAT ( الخی اط), Ə b ü l - H ü s e y n Ə b d ü r r ә h i m i b n M ә h әmmәd i b n O s m a n (835 ildәn әvvәl – tәqr.913) – ötәzilә alimi. Hәyatı haqqında mәlumat azdır. Şәxsiyyәtinin formalaşmasında mühüm rol oynayan Əbu Mücalid Əhmәd ibn Hüseyn әz-Zәrirdәn dәrs almışdır. Ən mәşhur tәlәbәsi Əbül-Qasım Bәlxidir. 9 әsrin sonlarından Bağdad mötәzilә mәktәbinin başında durmuşdur. X.-ın görüşlәrinin әsasını “mәdum” (mövcud olmayan) anlayışı tәşkil edir: mәdum yalnız “şey”, yaxud “cövhәr” deyil, eyni zamanda “cisim”dir. Çünki hüdus (sonradan yaradılma) anında cisim sifәti sabit olan bir varlığın әdәm (yoxluq) halında da hәmin sifәtә sahib olması zәruridir. Belә ki, әgәr bir cisim hәlә var olmadan, yәni mәdum ikәn cisim deyilsә, onun hüdusu reallaşa bilmәz. X.-ın bu görüşlәrini Əbu Əli Cübbai tәnqid etmişdir.
X.-ın davamçıları xәyyatilәr, yaxud mәdumilәr adlandırılmışlar. Dövrümüzәdәk gәlib çatan “әl-İntişar” adlı әsәri mötәzilәni tәnqid edәnlәrә (Cahiz, İbn Ravәndi) cavab mәqsәdilә yazılmışdır.










