XƏZANİ (?–?) – 16 әsr Azәrb. şairi. “Əsiri” tәxәllüsü ilә şeirlәr yazmışdır. Bir müddәt Əlqas Mirzәnin yanında katiblik etmiş, Əlqas Mirzә qardaşı I Tәhmasib tәrәfindәn mәğlub olduqdan sonra onunla Türkiyәyә getmişdir. Burada Əflatun adı ilә mәşhurlaşmış, sonralar Sultan Süleyman I Qanuninin sarayında yaşamış, ona ithaf etdiyi “Şahnamә”sindә sultanın hәrbi sәfәrlәrindәn bәhs etmişdir. Heca vәznindә yazdığı qoşmalar bәdii cәhәtdәn daha mükәmmәldır.
Əd.: Azәrbaycan әdәbiyyatı tarixi. 7 cilddә, c.3. B., 2009.










