Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSU 
    XƏZƏR DƏNİZİNİN HÜQUQİ STATUSU – Xәzәr dәnizinin vә onun resurslarının beynәlxalq hüquq normaları vә Xәzәryanı dövlәtlәrin qarşılıqlı razılaşması ilә müәyyәnlәşәn hüquqi vәziyyәti. X.d.h.s. uzun müddәt Rusiya ilә İran arasında bağlanmış ikitәrәfli müqavilәlәrlә [Peterburq (1723), Rәşt (1731), Gülüstan (1813), Türk mәnçay (1828) müqavilәlәri] tәnzimlәnsә dә, hәmin sәnәdlәrdә hüquqi baxımdan “status” anlayışı olmamış, eyni zamanda Rusiyaya Xәzәrdә böyük imtiyazlar verilmişdir. 1921 il fevralın 26-da RSFSR ilә İran arasında Moskvada imzalanmış müqavilәdә Xәzәr dәnizinin iki dövlәt arasında bәrabәr şәrtlәrlә bölünmәsi vә hәr iki tәrәfә heç bir mәhdudiyyәt olmadan gәmiçiliyә icazә verilmәsi nәzәrdә tutulmuşdur. SSRİ ilә İran arasında 1935 ildә “Mәskunlaşma, ticarәt vә dәnizçilik” haqqında vә 1940 il martın 25-dә “Ticarәt vә dәnizçilik” haqqında imzalanmış müqavilәlәrdә dә Xәzәrin statusu haqqında müddәalar әksini tapmışdır. Xәzәr dәnizinin sektorlara bölünmәsi ilk dәfә 1970 ildә SSRİ Neft Sәnayesi Nazirliyinin qәrarı ilә orta xәtt prinsipi әsasında reallaşmışdır (Azәrb. – 70 min km2, Tür. – 80 min km2, Rusiya – 60 min km2, Qazax. – 105 min km2 vә SSRİ-nin quru sәrhәdi ilә müәyyәn edilәn İran sektoru – 55 min km2). SSRİnin süqutundan sonra 1990-cı illәrin әvvәllәrindәn Xәzәrin beş dövlәt arasında bölünmәsi mәsәlәsi müzakirә edilmәyә başlandı. 1996 ildә X.d.h.s. haqqında konvensiyanın hazırlanması mәqsәdilә 5 ölkәnin xarici işlәr nazirlәrinin müavinlәri sәviyyәsindә Xüsusi İşçi Qrup yaradıldı. Xәzәryanı dövlәtlәrin dövlәt başçılarının 5 zirvә toplantısı keçirilmiş (2002, Aşqabad; 2007, Tehran; 2010, Bakı; 2014, Hәştәrxan vә 12.8.2018, Aktau), sonuncu toplantıda X.d.h.s. haqqında Konvensiya imzalanmışdır.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 