Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏZƏR GEKKONU 
    XƏZƏR GEKKONU – pulcuqlular (Squamata) dәstәsinin gekkonlar (Gekkonidae) fәsilәsinin növü (Cyrtopodion caspius). Gövdәsi vә başı basıqdır. Bәdәnin pulcuqları düzgün olmayan çoxbucaqlı formasındadır, yastıdır, 12–14 düzgün sıralı, üç künc qabarları var. Quyruğun pulcuqları seqmentlәrlә yerlәşmişdir. Bәdәni üst tәrәfdәn qonurumtul rәngdәdir, sifәtinin üst sәthindә (çәnәarası qalxancıqdan gözüstü qalxancığadәk) iki uzununa tünd zolaq, boynunun vә gövdәsinin üstündә düzgün olmayan 5–6 tünd köndәlәn zolaq var. Bәdәnin altı ağdır. Gövdәsinin uz. 75 mm-ә çatır. Arealı Qafqazın şәrq hissәsini, Mәrkәzi Asiyanı, Şimali vә Şәrqi İranı, Şimal-Qәrbi Əfqanıstanı әhatә edir. Azәrb.-da geniş yayılmışdır. Mağaralarda, torpaq çatlarında, daş yığınlarında, müxtәlif heyvanların (tısbağa, qum siçanı, göyçәqarğa vә s.) yuvalarında, evlәrin damlarında vә s. yerlәrdә yaşayırlar. Çoxsaylı növdür, adәtәn yaşadığı yerdәn çox uzağa getmir. Noyabrın sonlarından martın ortalarınadәk gözdәn uzaq yerlәrdә qışlayır. Yumurta qoymaqla çoxalır. Çoxalma dövrü mayın ortalarından avqustun әvvәllәrinәdәkdir. Bәzәn bir neçә dişi bir yuvada, hәr biri uz. 8–13 mm olan 2 yumurta qoyur. Əsasәn, cücülәr, әqrәblәr, hörümçәklәr, mәryәmqurdları, bәzәn xırda kәrtәnkәlәlәrlә qidalanır. Düşmәnlәri ilanlardır.
     
    Xәzәr gekkonu (Cyrtopodion caspius).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 