XƏZƏR HORİZONTU (Xәzәrlәrin adından) – Xәzәr dәnizi sahәsindә Orta vә Üst Pleystosenin stratiqrafik bölgüsü. İlk dәfә N.İ.Andrusov ayırmışdır. Gil, qum vә qabıq әhәngdaşından ibarәtdir. Xarakter faunası ikitayqabıqlı molyusklardır. Xәzәr dәnizinin bütün sahillәrindә, o cümlәdәn Azәrb.-da Abşeron y-a-nda, Quba-Xәzәryanı sahәsindә, Bakı arxipelaqında, Lәnkәran ovalığında vә s. yayılmışdır. Alt Xәzәr tәbәqәlәrinә (Gürgan layları) vә Üst Xәzәr tәbәqәlәrinә ayrılır.










