Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏZƏR XAQANLIĞI
    XƏZƏR XAQANLIĞI – Şәrqi Avropanın c.-unda xәzәrlәr tәrәfindәn yaradılmış erkәn orta әsrlәr dövlәti. 680 ildә Qәrbi Türk xaqanlığının parçalanmasından (630–634) vә Aşina sülalәsi nümayәndәlәrinin rәhbәrliyi ilә xәzәrlәrin yürüşlәri gedişindә Volqa-Don çöllәrindә vә Şimali Qafqazda yaşayan bir sıra xalqların (sabirlәr, alanlar, protobulqarlar vә b.) tabe edilmәsindәn sonra meydana gәlmişdi (8 әsrin ortalarınadәk X.x. bәzәn “türklәr”, “Türkiyә” adlandırılırdı). 7 әsrin sonu – 8 әsrdә Krım, Orta Volqaboyu xalqları (burtaslar, çeremislәr vә b.), bәzi şәrqi slavyan tayfaları (polyanlar, severyanlar, radimiçlәr, vyatiçlәr; bax hәmçinin Volınsevo, Bititsa şәhәr yeri); 9–10 әsrlәrdә macarlar peçeneqlәrin uqor әcdadları X.x.-na xәrac ödәyirdilәr. X.x.-nın çiçәklәnmәsi dövrünü Saltovo-Mayatsk mәdәniyyәti әks etdirir. X.x. hökmdarlarının iqamәtgahları Bәlәncәr, Sәmәndәr, Sarkel, Şimal-Qәrbi Xәzәrboyuda әl-Beyda, Kerç (740–750 illәrdә Bihar xaqanın) şәhәrlәrindә idi. 9 әsrdә İtil ş. xaqanlığın paytaxtı oldu. Türk runa yazısının Don vә Kuban әlifbaları ilә vә yunan dilindә kitabәlәr mәlumdur.
    X.x.-nın sosial iyerarxiyası ilk vaxtlar türklәrin ictimai quruluşuna yaxın idi: xaqan, cabqu (xaqanın qardaşı vә ya әmisi), şadlar (şahzadәlәr), bәylәr (sülalә başçıları), tudunlar (canişinlәr), tәrxanlar (әyanlar), iltәbәrlәr, eltәbәrlәr (yerli hakimlәr); bir sıra xalq yalnız xәrac ödәyirdi. 9 әsrdә xaqanın hakimiyyәt şәriki kimi bәy meydana gәldi.
    X.x.-nın xarici siyasәtini 7 әsrin ortaları – 9 әsrin birinci yarısında Xilafәtә qarşı mübarizә müәyyәn edirdi. Bu dövrdә xәzәrlәr Cәnubi Qafqaz uğrunda әrәblәrlә kәskin mübarizә aparırdı. Bizans X.x. ilә sıx әlaqә saxlayır, hәr vasitә ilә xәzәrlәrlә Xilafәt arasında düşmәnçiliyi qızışdıraraq әrәblәrlә müharibәdәn yayınmağa çalışırdı. Bizans imperatoru Lev İsavr 731 ildә oğlu Konstantini xaqanın qızı ilә evlәndirdi. Hәmin il Azәrb.-a yürüş edәn xәzәrlәr әrәb qoşununu mәğlubiyyәtә uğradaraq Tәbriz vә Ərdәbil şәhәrlәrini qarәt etdilәr. 735 ildә әrәblәr Dәrbәnd keçidi vә Daryal dәrәsi ilә X.x.-na daxil olaraq xaqanın ordusunu mәğlubiyyәtә uğratdılar. 754 ildә yenidәn Cәnubi Qafqaza yürüş edәn xәzәrlәr xeyli qәnimәtlә geri qayıtdılar. Ərәblәrlә xәzәrlәr arasında sonuncu böyük toqquşma 799
    il dә baş verdi (daha әtraflı mәlumat üçün bax Ərәb-xәzәr müharibәlәri).
    Xaqanlığın әhalisi, әsasәn, köçәri maldarlıq, hәmçinin әkinçilik vә bağçılıqla mәşğul olurdu. İtil ş. mühüm sәnәtkarlıq vә beynәlxalq ticarәt mәrkәzi idi. X.x. Şәrqi Avropa, Cәnubi Qafqaz, Orta Asiya ilә ticarәt aparırdı. Son illәrdә aparılan arxeoloji tәdqiqatlar nәticәsindә xәzәrlәrin öz sikkәlәrini zәrb etmәlәri müәyyәnlәşdirilmişdir. Şәhәrlәrdә sәnәtkarlıq (dulusçuluq vә s.) mәmulatı istehsal edәn mәhәllәlәr vardı. Hakimiyyәt әslindә bulqar vә xәzәr әyanlarının әlindә cәmlәşmişdi; xaqan hörmәtli, lakin hakimiyyәtsiz hakimә çevrilmişdi.
    8 әsrdә Bizansla sıx әlaqә saxlanması X.x.-nda xristianlığın yayılmasına sәbәb oldu. 8 әsrin sonu – 9 әsrin әvvәlindә xaqanlığın başında duran Obadiya (yәhudi nәslindәn idi) iudaizmi dövlәt dini elan etdi. Ərәblәrlә toqquşmalardan sonra Göy allahına (Tenqri), ağaca, ildırıma vә s. sitayiş edәn xәzәrlәr arasında islam dini yayılmağa başladı. Volqaboyuda vә Don çölündә, әsasәn, bütpәrәstlik, islam vә iudaizm, Krımda vә Şimali Qafqazda xristianlıq yayılmışdı. Hakim sülalә tәrәfindәn iudaizmin qәbul edilmәsi iğtişaşlarla müşayiәt olunurdu. X.x.-nın hakimi bәy oldu. 9 әsrin sonunda peçeneqlәr Qara dәnizin şm. sahillәrini tutaraq X.x.-na tabe olan madyar tayfalarını oradan qovdular. Kiyev knyazları dәfәlәrlә X.x.-na yürüş etmişlәr. Daxili ziddiyyәtlәrdәn vә xarici hücumlardan zәiflәmiş X.x. 10 әsrin sonunda süqut etdi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 