Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XƏZƏR SUİTİSİ
    XƏZƏR SUİTİSİ pәrayaqlılar (Pinnipeds) dәstәsinin suitilәr (Phocidae) fәsilәsinin növü (Phoca caspica). Bәdәn uz. 150 sm-ә, kütlәsi 100 kq-a qәdәrdir. Bәdәnin üst hissәsi tünd, qarın hissәsi isә açıq boz rәngdәdir. Bütün bәdәni boyunca tünd boz, qәhvәyi, bәzәn isә qara rәngli vә müxtәlif ölçülü nizamsız lәkәlәr yayılmışdır. Erkәk fәrdlәrin rәngi dişi fәrdlәrә nisbәtәn daha parlaq vә kontrastlıdır. Arealı Xәzәrin bütün akvatoriyasını әhatә edir. Hәyatının çox hissәsini dәnizdә keçirir, sahilә dә çıxırlar  Ayrı-ayrı fәrdlәri çaylara girir, bәzәn xeyli yuxarılara, mәs., Volqoqradadәk üzürlәr. Qidalanma vә çoxalma ilә bağlı mövsümi miqrasiyalar zamanı sürü әmәlә gәtirirlәr. Populyasiyanın 90%-ә qәdәri noyabr-dekabr aylarında Şimali Xәzәrin Rusiya vә Qazax. sahillәrinә yaxın buzlar üzәrindә toplaşır. Tәxminәn 25 yanvardan 5 fevrala kimi burada buz meydançalarında balalayırlar. Bala suitilәr ağ rәngdә olur. Doğulduqdan iki hәftә sonra balalarda tülәmә baş verir vә onlar ağ rәngini boza dәyişirlәr. Yeni doğmuş ana fәrdlәrin laktasiyası bir ay davam edir, bundan sonra cütlәşmә gedir. X.s.-lәri balalama, laktasiya vә cütlәşmә dövrlәrindә zәif qidalandıqlarından kütlәlәri iki dәfәyә qәdәr azalır. Buzlar әrimәyә başlayanda suitilәr Orta vә Cәnubi Xәzәrә qidalanma miqrasiyası edir, aprelin sonu-mayın әvvәllәrindә onlar Xәzәrin Azәr baycan, iyun ayında isә İran sektoruna qәdәr çatırlar. Əsasәn kilkәlәr, siyәnәklәr, xullar, aterin, külmә vә digәr balıqlarla qidalanırlar. X.s.-lәrinin sayı 20 әsrin әvvәllәrindә bir neçә milyon fәrd tәşkil edirdisә, 90-cı illәrdә 400–500 minә kimi azalmışdı. Son mәlumatlara görә, onların sayı 100–110 mindir (2010). 20 әsrin 30-cu illәrindә Şahdilinә vә ona yaxın yerlәşmiş adalarda hәr il 10 minә qәdәr X.s. ovlanırdı. 60–70-ci illәrdә onların yatağı Abşeron vә Bakı arxipelaqının bütün adalarını әhatә edirdi. Son illәrdә Xәzәrin Azәrbaycan akvatoriyasında X.s.-lәrinin daimi yataqları müşahidә olunmur. TTEMBİ-nin vә Azәrb. Resp.-nın “Qırmızı Kitab”larına daxil edilmişdir.
    Xәzәr suiti (Phoca caspica).
    Əd.: Azәrbaycan SSR-in Qırmızı kitab. B., 1989; Azәr baycanın heyvanlar alәmi, III cild. B., 2004.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 