XƏZƏR ŞİRBİTİ – çәkiyәbәnzәrlәr (Cypriniformes) dәstәsinin çәkikimilәr (Cyprinidae) fәsilәsinin yarımnövü (Barbus brachycephalus caspius). Bәdәni uzun sovdur, iki cüt bığı var. Ağzı aşağıda yerlәşir vә aypara şәkillidir. Rostrumu qısa vә ucu kütdür. Dodaqları yaxşı inkişaf etmişdir. Bәdәni üzәrindә xallar olmur. X.ş. dәnizin c. vә q. hissәsindә, әsasәn, 13–24 m-dәk dәrinliklәrdә yayılmışdır. Keçici balıqdır, 4–6 yaşlarında cinsi yetkinliyә çatır, çoxalmaq üçün çaylara, başlıca olaraq Kürә vә Terekә, çox nadir hallarda Volqaya vә Urala girir. Hazırda Kür boyu Varvara bәndinә, Araz boyu isә Bәhrәmtәpә bәndinә qәdәr qalxır. Maksimal uz. 120 sm-ә, kütlәsi 20 kq-a çatır. X.ş., әsasәn, su onurğasızları, qismәn dә bitkilәrlә qidalanır. Mingәçevir su anbarında şirin su populyasiyası mövcuddur. 1930–70 illәrdә ovu 20–360 t arasında dәyişmişdir. Sonrakı illәrdә ehtiyatı kәskin azalıb, 20 әsrin sonlarından vәtәgә ovu aparılmır. TTEMBİ vә Azәrb. Resp.-nın “Qırmızı Kitab”larına daxil edilmişdir.

Xәzәr şirbiti (Barbus bra chycephalus caspius).
Əd.: Azәrbaycan SSR-in Qırmızı kitabı. B., 1989; Azәrbaycanın heyvanlar alәmi, III cild. B., 2004; А б д у р а х м а н о в Ю.А. Рыбы пресных вод Азербайджана. Б., 1962.










