XƏZƏR TISBAĞASI (Clemmys caspica) – gizlibaş tısbağalar dәstәsindәn sürünәn heyvan. Müxtәlif şirin su hövzәlәrindә, adәtәn, qruplarla (3-dәn 100-әdәk) yaşayır, sudan uzağa getmir. Gündüz hәyatı keçirir. Əsasәn, heyvanlarla (cücülәr, xırda balıqlar, qurbağalar), bәzәn isә bitkilәrlә qidalanır. Balkan y-a-nın c.-unda, Aralıq dәnizinin ş.-indәki a.-larda, Türkiyә, Suriya, Fәlәstin, İran, Cәnubi Qafqaz, Dağ.-da vә Cәnub-Qәrbi Türküstanda yayılmışdır. Qafqazda ilk dәfә 1774 ildә Şamaxı әtrafında qeyd edilmişdir. Azәrb.-da geniş yayılmışdır.

Xәzәr tısbağası (Clemmys caspica).










