XƏZƏR UNİVERSİTETİ – Azәrb.-da fәaliyyәt göstәrәn ilk özәl ali tәhsil müәssisәsi (әsası 1991 ildә qoyulmuşdur; 1993 ildә özәl ali mәktәb kimi qeydiyyata alınmışdır). 5 fakültәsi, 19 kafedrası vә 13 digәr struktur qurumu var. Un-tdә 3500-dәn çox tәlәbә tәhsil alır, prof.-müәllim heyәtinin tәrkibindә 150-dәn çox elmlәr namizәdi vә elmlәr doktoru çalışır (2022). X.u.-nin nәzdindә 1998 ildәn Dünya mәktәbi vә mәktәbәqәdәr hazırlıq bölmәsi fәaliyyәt göstәrir.










