XƏZLİ HEYVANLAR – dәrilәri xәz mәmulatlarına sәrf edilәn vәhşi vә süni şәraitdә saxlanılan mәmәli heyvanlar. Bütün dünyada yayılmışlar, yırtıcılar (sincab, dәlә, Sibir siçovulu, canavar, Sibir porsuğu, ayı, susamuru vә s.), gәmiricilәr (sincab, ondatra, qunduz, burunduk, sünbülqıran vә s.), dovşankimilәr (dovşanlar, otyığanlar vә s.), hәşaratyeyәnlәr (köstәbәk, desman), kürәkayaqlılar (dәniz pişiyi, nerpa) dәstәlәrinә aiddirlәr. X.h.-ın әksәr növlәri ov obyektidir. Vәhşi tәbiәtdә X.h.- ın sayının daim azalması ilә әlaqәdar X.h.-ın süni şәraitdә yetişdirilmәsinin (bax Xәzlik heyvandarlıq) әhәmiyyәtinin artmasına sәbәb olmuşdur. X.h.-ın dәrilәri üst geyimlәrin, ayaq qabıların vә s. hazırlanmasında xammal kimi istifadә olunur. X.h.-ın bәzilәri (pәlәng, bәbir, qar bәbiri, ağ ayı vә s.) müxtәlif ölkәlәrin Qırmızı Kitabına daxil edilmişdir vә ovlanması qadağandır.










