XƏZLİK HEYVANDARLIQ – 1) xәzli heyvanların süni şәraitdә yetişdirilmәsi, heyvandarlığın әn cavan sahәlәrindәn biri. X.h.-ın başlıca obyektlәri susamurları, şimal tülkülәri, tülkülәr, samurlar, safsarlar, yenotabәnzәr itlәr, qunduzlar; prespektivli obyektlәr ondatralar, marmotlar, vaşaqlar,ondatra, şinşillalar vә digәrlәridir. 21 әsrin әvvәllәrinәdәk istiqamәtli seleksiya yolu ilә müxtәlif rәngli, o cümlәdәn vәhşi tәbiәtdә rast gәlinmәyәn xeyli cins vә tiplәr alınmışdır vә istifadә olunur. Bunlara 44 ondatra, 14 şimal tülküsü, 20 tülkü, 4 samur, 17 qunduz cinsi, hәmçinin 4 safsar vә 12 şinşilla tipi aiddir. X.h. ekoloji cәhәtdәn әlverişli sahәdir, vәhşi tәbiәtin qorunmasına kömәk edir, әt, süd, balıq istehsalı sәnayelәrinin tullantılarından heyvanlar üçün qida kimi istifadә etmәklә süni xәzin hazırlanmasına olunan enerji vә vәsait sәrfiyyatına qәnaәt edir.
X.h.-ın yaranmasını 16–17 әsrlәrә, Rusiyanın şm. әhalisinin xәz-dәri almaq mәqsәdilә cavan tülkü vә şimal tülkülәrini tutaraq taxta tikililәrdә böyütmәyә başladığı vaxtlara aid etmәk olar. Belә heyvandarlığın ilk tәsviri İ.İ.Lepyoxinin “1768 vә 1769 illәrdә Rus dövlәtinin müxtәlif әyalәtlәrinә sәyahәt barәdә gündәlik qeydlәr” әsәrindә verilmişdir. B. ölkәlәrdәn İsveçdә 1827 ildә K.A.Berkman Stokholm yaxınlığın da tülkülәri süni şәraitdә yetişdirmәklә X.h.-ına başlamışdır. 1861 ildә T.Filips vә V.Vudkok Nyu-York ştatının şm.-ında ondatra yetişdirmә mәntәqәsi yaratdılar. 1887 ildә Ç.Dolton Kanadada Şahzadә Eduard a.-nda qәfәsdә gümüşü-qara tülkülәrin sәnaye miqyasında yetişdirilmәsini tәşkil etdi. Onun tәrәfindәn ilk tülkü dәrisi 1901 ildә London hәrracında 2718 dollara (tәxminәn 46000 müasir dollara) satılmışdır. Xәz dәriyә olan ajiotajlı tәlәbatla әlaqәdar olaraq xәz dәrili heyvanların qәfәs X.h.-ı ABŞ-da vә Skandinaviya ölkәlәrindә dә yayıldı. 1928–29 illәrdә Şirşin (Arxangelsk vil.), Puşkin, Saltıkov (Moskva vil.), Tobolsk (Tümen vil.) xәzlik heyvan sovxozları tәşkil edildi. 1970 il üçün SSRİ-dә yüksәk rentabelli qәfәslik X.h. tәsәrrüfatları yaradıldı, qәfәsdә saxlanılan heyvanların dәrilәrinin yetişdirilmәsi üzrә SSRİ dünyada 1-ci yerә (6,3 mln. әdәd) çıxdı. 1990 ildә burada xәz-dәri istehsalı 18 mln. әdәd tәşkil etdi. 21 әsrin әvvәllәri üçün dünyada X.h. sahәsindә liderliyi Danimarka, Finlandiya, ABŞ, Kanada, Hiderland, İsveçrә, Polşa, Norveç, Çin, Belarusiya tutur; qәfәs heyvanlarının xәz dәrilәri üzrә dünya ticarәtinin ümumi hәcmi 1 mlrd. dolları ötüb keçmişdir. Keçmiş SSRİ ölkәlәrindә qәfәslәrdәn istifadә etmәklә xәzdәri istehsalında olan azalma dünya balansında, әsasәn, Çin, Polşa vә Skandinaviya ölkәlәrindә dәri istehsalının artması hesabına kompensasiya olunmuşdur. FAO-nun mәlumatına görә, Amerika ondatranın (әsas yetişdirmә obyekti) dәrisinin istehsalı 2005 ildә dünyada 41,1 mln. әdәdә çatmışdır, Danimarka 12,9; Çin 8,0; Niderland 3,3; RF 2,9; ABŞ 2,7; Finlandiya 2,0; Kanada 1,8; Polşa 1,8; İsveçrә 1,4 әdәd dәri istehsal etmişdir. Hәmin il dünyada 6,6 mln. әdәd tülkü vә şm. tülküsü dәrisi istehsal edilmişdir.
X.h.-ın müasir texnologiyası xәz dәrili heyvanların şedlәrdә, yәni talvar altında bir-birinә sıx, mәrkәzi keçidә malik iki cәrgәdә yerlәşmiş sinklәnmiş tordan hazırlanmış, içәrisindә heyvanların daldalanması vә küçüklәmәsi üçün evciklәr olan yerüstü qәfәslәrdәn ibarәt qurğuda saxlanmasını nәzәrdә tutur. Qunduz vә şinşillaları mikro iqlimi tәnzimlәnәn binalarda yerlәşdirilmiş qәfәslәrdә saxlayırlar. Xәzlik heyvanlar üçün yem rasionu tәrtib olunarkәn ölkәnin bölgә vә r-nları (bax Yemlәmә) üzrә ilin müxtәlif vaxtlarında (dinclik, kürsәk, boğazlıq, laktasiya) heyvanların yaşı, kütlәsi, fizioloji vәziyyәti nәzәrә alınır. Ət-balıq yemlәri yemhazırlayan maşınların kömәyi ilә әvvәlcәdәn xırdalanır vә taxıl unu, tәrәvәzlәr vә bioәlavәlәrlә (mәs., maya yemlәri) qarışdırılır vә xәmirәoxşar kütlә şәklindә vәhşi heyvanlara verilir. İri tәsәrrüfatlarda gündә 20–50 t yem hazırlanır. Bundan başqa, quru tam rasionlu dәnәvәr qarışıqlardan da istifadә olunur. X.h. komplekslәrindә, adәtәn, yemlәrin saxlanması üçün soyuducular, dәrilәrin ilkin emalı mәntәqәlәri, anbar vә tәcridxanalara malik baytar mәntәqәsi olur. Tәsәrrüfatlarda işlәrin istehsal tsikli xәzlik heyvanların fizioloji tsikllәrinә (kürsәyә gәlmәyә hazırlaşma, kürsәk, boğazlıq, balalama, körpәlәrin yedizdirilmәsi vә bәslәnmәsi) uyğunlaşdırılır. Əksәr xәzlik heyvanlarda kürsәk ildә 1 dәfә müşahidә olunur. Bir erkәk orta hesabla 4–5 dişini mayalayır. Küçüklәmә dövrü martdan mayadәkdir. Avqustda әsas sürünü formalaşdırırlar: heyvanları damazlıq vә kәsim üçün ayırırlar. Kәsimi oktyabr-noyabrda, xәzlik heyvanlarda qış tük örtüyünün tam formalaşdığı vaxtı aparılır. Qunduzların dәrilәrindәn başqa әtlәri dә istifadә olunur. X.h.-da damazlıq işlәri törәdicilәrin ölçüsünә, nәsilvermә qabiliyyәtinә, keyfiyyәtinә vә tük örtüyünün rәnginә görә seçmә vә çeşidlәmә yoluyla aparılır.
2) Özәl zootexniya bölmәsi.
X.h. sahәsindә müxtәlif ölkәlәrin elmi vә praktiki işlәri X.h. üzrә Beynәlxalq Elmi Assosiasiya (International Fur Animal Scientific Association, IFASA), Avropa Birliyi nәzdindә K.T. Heyvanlarının Qorunması üzrә Avropa Konvensiyasının Daimi Komitәsi (Standing Committee of the European Convention on the Protection of Animal kept for Farming purposes, T-AP, Council of Europe) vә b. tәşkilatlar әlaqәlәndirir. Hәr 4 ildәn bir X.h. üzrә Beynәlxalq Qurultay (sonuncu – 2004 ildә Niderlandda) keçirilir.
Əd.: Б е р е с т о в В.А. Звероводство. СПб., 2002; Звероводство. СПб., 2004; Б а л а к и р е в Н.А., К у з н е ц о в Г.А. Звероводство. М., 2006.










