XIDIRLI – Azәrb. Resp.-nın Salyan r-nunda kәnd. Xıdırlı ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 42 km şm.-ş.-dә, Cәnub-Şәrqi Şirvan düzündәdir. Əh. 3931 (2019); heyvandarlıq vә qismәn әkinçiliklә (taxılçılıq) mәşğuldur. Tam orta mәktәb, klub, hәkim mәntәqәsi, poçt filialı, 4 saylı yaşıllaşdırma idarәsi, dәniz suyunun duzsuzlaşdırılması z-du fәaliyyәt göstәrir.










