XIDIROV Beykәs Seyfulla oğlu (d.22.8.1936, Xaçmaz r-nunun Hәsәnqala k.) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1990). Azәrb. Sәnaye İn-tunu bitirmişdir (1960). Azәrb. EA-nın Neft-Kimya Proseslәri İntunda laboratoriya rәhbәri (1972), H.Əliyev ad. Bakı NEZ-indә direktor müavini (1992) işlәmiş, 2006 ildәn ARDNŞ-dә şöbә rәisi, aparıcı iqtisadçı vәzifәlәrindә çalışır. Tәdqiqatları sürtkü yağları vә aşqarların istehsalı, sürtkü yağlarının parafinsizlәşdirilmәsi proseslәrinin iqtisadiyyatı, kompleks neftayırma proseslәrindә mәhsulların maya dәyәrinin kalkulyasiyası metodunun tәkmillәşdirilmәsinә hәsr olunmuşdur. 70-ә yaxın elmi әsәrin, o cümlәdәn 2 mono qrafiyanın müәllifidir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir.
Ə s ә r i: Основные направления повышения эффективности переработки нефти в Азербайджане. Б., 1990.










