XIDIROV Elçin Əkbәr oğlu (d. 27.9.1962, Beylәqan ş.) – Azәrb. tibb alimi, anatom. Tibb e.d. (2011), prof. (2015). Azәrb. Tibb Un-tini bitirmişdir (1990). Hәmin vaxtdan Azәrb. Tibb Un-tinin insan anatomiyası kafedrasında işlәyir. Tәdqiqatları, әsasәn, süd vәzisinin normal vә patoloji proseslәr zamanı morfoloji xüsusiyyәtlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 80-dәn artıq elmiәsәrin müәllifidir.










