XIDIRZİNDƏ – Azәrb. Resp. Siyәzәn r-nu әrazisindә, Siyәzәn neft yatağı sahәsindә palçıq vulkanı; Siyәzәn monoklinalının c.-ş. qurtaracağında, Xәzәr dәnizi sahilindәdir. Qaz, palçıq vә neft pәrdәli su ayıran 12 qrifon vә salzdan ibarәtdir. Sonuncu dәfә 16.12.2013 ildә püskürmüşdür.










