XILXINA – Azәrb. Resp. Ağstafa r-nunda kәnd. Xılxına ә.d.-nin (Xılxına, Mollacәfәrli k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 6 km şm.-q.-dә, Gәncә-Qazax düzәnliyindәdir. Əh. 1540 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, 2 kitabxana, 2 klub, 2 tibb mәntәqәsi var.










