XINA, h ә n a (Lawsonia) – ağlarot fәsilәsindәn bitki cinsi. Cinsin yeganә növü olan tikansız X., yaxud adi X. (L. inermis) hünd. 2–6 m olan kol vә ya kiçik ağacdır. Yarpaqları qarşılıqlı, oturaq, ellipsşәkilli, yaxud enli lansetvaridir. Xırda (diametri 1 sm-әdәk), xoşәtirli, ağ, yaxud qırmızımtıl-sarımtıl-qәhvәyi rәngdә olan çiçәklәri tәpә süpürgәvarı çiçәk qrupunda toplanmışdır. Xırda meyvәlәri 4 yuvalı qutucuqdur. Afrikanın Aralıq dәnizi hissәsindә, Asiyanın tropik vil.-lәrindә, hәmçinin Melvil a.-nda (Şimali Avstraliya) bitir. Qәrbi Hindistanda, Pakistanda, Misirdә, İranda (әn yaxşı sortlar), Türk., Özb., Tac.-da boyaq vә qismәn dәrman bitkisi kimi becәrilir. Azәrb.-da Abşeron y.-a-nda, Şirvan vә Naxçıvan bölgәlәrindә әkilir. Azәrb. X.-sı xarici ölkәlәrdә becәrilәn X.-dan rәng göstәricilәrinә vә boyama qabiliyyәtinә görә xeyli üstündür. X.-nın әsas mәhsulu onun yarpaqlarıdır; yarpaqlarının tәrkibindә 12-dәn çox maddә, o cümlәdәn rәnglәyici maddә, tanninlәr vә K vitamini var. Quru yarpaqlarından saçı, yunu, dırnağı, dәrini, ipәyi, әrzaq mәhsullarını qırmızımtıl-qәhvәyi, sarı-qırmızı (kürәni) vә sarı rәnglәrә boyamaq üçün lavson (bu hәm dә xına, hәna adlanır) boyaq maddәsi alınır; Çiçәklәrindәn alınan efir yağı qızılgül әtirli olub parfümeriyada (әtriyyatda) istifadә edilir.
Misir ehramlarında tapılan mumiyalarda X. rәnginin izlәrinin aşkar edilmәsi bu bitkidәn hәlә qәdim zamanlardan (tәqr. 5 min il bundan әvvәl) istifadә olunduğunu göstәrir. X. xalq arasında әn keyfiyyәtli vә ziyansız boyaq kimi tanınır, kosmetika, hәm dә müalicә vasitәsi kimi işlәdilir. X. әnәnәvi İran tәbabәtindә göbәlәk xәstәliklәrinә qarşı dәrman vasitәsi kimi tәtbiq olunur. Şәrq ölkәlәrindә, o cümlәdәn Azәrb.-da yel xәstәliyindә, gecsağalan yaraların müalicәsindә istifadә edilmişdir. X.-nı hәm dә sulu bişirmә şәklindә dәrman kimi sarılıqda, mәdә pozğunluğunda, qızılca da, göz xәstәliklәrindә işlәdirdilәr. Azәrb.-da toy-bayram, el şәnliklәrindә xına yaxma (saça, dırnaqlara vә s.) adәti geniş yayılmışdır. Azәrb. bayatı vә qoşmalarında әllәri X.-lı gәlinlәr vәsf edilirdi.

Adi xına (Lawsonia inermis) vә meyvәlәri.










