XINALIQ DİLİ – xınalıqlıların dili. Azәrb.-ın Quba r-nunun Xınalıq k. (Dağıstanla sәrhәddә) sakinlәri tәrәfindәn mәişәt dili kimi istifadә olunur. Bu dildә da nışanların sayı tәqr. 2,2 min nәfәrdir (2009).
X.d. nax-Dağıstan dillәrinә aiddir. Onun bu dil ailәsi daxilindәki dәqiq atributu müzakirә edilir. Ənәnәvi olaraq, X.d.-ni lәzgi dillәrinә aid edirlәr, lakin bәzi tәdqiqatçılara görә, nax-Dağıstan dil ailәsinin müstәqil qoludur. Azәrb. dilinin leksika vә fonetikasının güclü tәsirinә mәruz qalmışdır.
Nax-Dağıstan dillәrinin ümumi әlamәtlәri ilә yanaşı, daha az rast gәlinәn xüsusiyyәtlәrә dә tәsadüf edilir. X.d.-nin 4 uzlaşma sinfi fәrqlәndirilir (cәm sayında iki: xüsusi vә ümumi). Erqativ quruluşlu dildir, lakin şәxs әvәzliklәrindә cәm sayında erqativ vә nominativ formalar bir-birinә uyğun gәlir. Qeyri-törәmә feillәr çox azdır. Mәsdәr yoxdur. Sintaksisi kifayәt qәdәr öyrәnilmәmişdir.
1950–54 illәrdә Xınalıqda tәdqiqat aparmış Y.Deşeriyev әldә etdiyi mәlumatları “Xınalıq dilinin qrammatikası” kitabında (1959) vermişdir. 1990-cı illәrin әvvәllәrindә X.d.-ndә Kirill әlifbası ilә bir neçә kitab nәşr olunmuşdur. 2000-ci illәrdә orfoqrafiyanın inkişafı üçün ardıcıl cәhdlәr (X.d.-ndәki sәslәrin latın qrafikası әsasındakı müasir Azәrb. әlifbası ilә verilmәsi) edilmişdir. 2007 ildә latın qrafikası әsasında әlifba qәbul olunmuşdur. 2013 ildә X.d.-nin fonetikasına dair aparılan tәdqiqatlar әsasında Frankfurt Un-tinin alimlәri tәrәfindәn X.d. әlifbasının yeni variantı tәrtib edilmişdir.










