XINALIQLILAR (özlәrini k ә t l ә r, k ә t t i d i n, k ә t t i d d u r adlandırırlar) – Azәrb. -da etnik qrup. Ümumi sayları 2,2 min nәfәrdir (2009). Azәrb.-ın şm.-ş.-indә, Quba r-nunun Xınalıq k.-ndә yaşayırlar vә hәmin kәndin adı ilә adlandırılmışlar. Ehtimal ki, Albaniyanın (Qafqaz) qәdim tayfalarından biri olmuşlar. Lәzgi xalqlarının Şahdağ qrupuna (buduqlar vә qrızlarla yanaşı) daxildirlәr. Xınalıq dilindә danışırlar. Ədәbi dillәri Azәrb. dilidir. Dindarları müsәlmandır. Azәrb.-larla qaynayıb qarışırlar.
Tarixi mәnbәlәrdә 13 әsrdәn qeyd edilәn Xınalıq k. Şirvanşahlar dövlәti (861–1538), Sәfәvilәr dövlәti (1501–1736), Əfşarlar dövlәti (1736–47), Şamaxı xanlığı (1747–68) vә Quba xanlığının (1768–89) tәrkibindә olmuşdur.
Mәşğuliyyәtlәri, әsasәn, qoyunçuluq, qismәn әkinçilikdir. Toxuculuq (xalça, palaz, corab, şal vә s.) inkişaf etmişdir. Evlәri yastı damı olan ikimәrtәbәli daş tikilidir, üst mәrtәbәdә yaşayış, alt mәrtәbәdә isә pәyә yerlәşir; yaşayış evinin mәrkәzindә üstündә bacası olan ocaq (tunor) var. Geyimlәri azәrb.-ların geyimlәrinә yaxındır. Qadınların baş örtüyü beş yaylıqdan (onların arasında ağ vә qırmızı rәngli mütlәqdir) ibarәtdir. Yağışın vә günәşin çağırılması adәti qorunub saxlanılmışdır. 2001 ildә Xınalıq mәdәniyyәt mәrkәzi vә Xınalıq k.-n dә Tarix vә etnoqrafiya muzeyi açılmışdır.










