XINDIRISTAN – Azәrb. Resp.-nın Ağdam r-nun da kәnd. Xındırıstan ә.d.-nin (Xındırıstan, Baharlı, Bәybabalar, Birinci Yüz başılı, Dadaşlı, İkinci Yüzbaşılı, Kәblәhüseynli, Paşabәyli, Sarıçoban kәndlәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 27 km şm.-ş.-dә, Qarabağ düzündәdir. Əh. 856 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur.
Kәndin әrazisindә vә әtrafında müxtәlif dövrlәrә aid çoxlu arxeoloji abidә var. Ayrı-ayrı tәpәlәrdәn ibarәt olan bu abidәlәrin bir qismi erkәn әkinçi-maldar tayfaların mәskәni olmuşdur. Rәsultәpә vә digәr bir tәpә Eneolit (e.ә. 5–4-cü minilliklәr) dövrünә aiddir. Tәpәlәrin bir qismi e.ә. 2–1-ci minilliyin birinci yarısına aid kurqanlardan ibarәtdir. X.-da 8–9 әsrlәrә aid sarkofaq formasında bütöv daşdan yonulub düzәldilmiş qәbirlәr dә aşkar edilmişdir.
Tam orta mәktәb, 2 uşaq bağçası, kitabxana, uşaq musiqi mәktәbi, mәişәt binası, poçt, xәstәxana; mәscid var. Pambıq z-du, әkin sahәlәrinin suvarılması üçün 13 subartezian quyusu fәaliyyәt göstәrir.










