XINISLI – Azәrb. Resp.-nın Şamaxı ş.-ndәn 1–1,5 km şm.-q.-dә qәdim mәskәn vә qәbiristan. Arxeoloji qazıntılar (1958 ildәn) nәticәsindә zәngin maddi mәdәniyyәt nümunәlәri, pul dәfinәsi (bax Xınıslı dәfinәsi) vә s. aşkar edilmişdir. Yaşayış mәskәni müxtәlif tәbii vә siyasi hadisәlәrlә әlaqәdar dәfәlәrlә öz yerini dәyişmişdir. Qalınlığı 1,2–1,5 m olan mәdәni tәbәqә Kür-Araz mәdәniyyәtinә aiddir. Gil qablar, daş vә sümükdәn alәtlәr, silahlar buranın Erkәn Tunc dövründә böyük yaşayış yeri olduğunu göstәrir. Evlәrin döşәmәsi gillә sәliqә ilә suvanmışdır. E.ә. tәqr. 6–5 әsrlәrdә X. iri yaşayış mәskәninә çevrilmiş, e.ә. 1-ci minilliyin sonlarında isә şәhәr kimi formalaşmışdır. Tapılmış sütunaltlıqları, kirәmit qırıqları, özüllәr X.-da iri binaların mövcud olduğunu göstәrir. Eramızın әrәfәsindә şәhәr tamamilә dağıdılaraq xarabalığa çevrilmişdir. Zövqlә bәzәdilmiş müxtәlif formalı keramika, incә şüşә qablar vә metal mәmulatı şәhәrdә sәnәtkarlığın, Ön Asiya, Roma vә qonşu ölkәlәrdәn gәtirilmiş bәzәk әşyaları, şüşә qablar vә s. isә geniş iqtisadi vә mәdәni әlaqәlәrin inkişafını göstәrir. 6 әsrdә Sasanilәrin şm.-a hәrbi yürüşlәri zamanı X. dağıdılmışdır. Qәbiristanda xeyli daş qutu qәbir tәdqiq edilmiş, Sasani sikkәlәri, möhür, şüşә, gümüş, saxsı qab vә s. tapılmışdır. X.-da yaşayış izlәri әrәb istilalarına qәdәr mövcud olmuşdur. Maddi mәdәniyyәt nümunәlәri X.-nı, yunan coğrafiyaşünası Ptolemeyin Albaniyanın (Qafqaz) yaşayış mәntәqәlәri sırasında adını çәkdiyi Kemaxa vә ya Memaxiya ilә eynilәşdirmәyә imkan verir.

Xınıslı tapıntıları: 1 – antro pomorf gil qab; 3 – şüşә qab; 4 – qızıl sancaq;
2, 5–10 – gil qab nümunələri.










