XIRXATALA (1925 ilәdәk Xirqәtala) – Azәrb. Resp.-nın Qәbәlә r-nunda kәnd. Xırxatala ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 9 km
c.-q.-dә, Bum vә Hәmzәli çayları arasındadır. Əh. 1561 (2019); heyvandarlıq, taxılçılıq vә meyvәçiliklә mәşğuldur.
Tam orta mәktәb, uşaq bağçası, kitabxana, tibb mәntәqәsi; mәscid var.










