XIRMANDALI – Azәrb. Resp. Bilәsuvar r-nunda kәnd. Xırmandalı ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 4 km ş.-dә, Salyan–Bilәsuvar avtomobil yolu kәnarında, Muğan düzündәdir. Əh. 10401 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur. 2 tam orta mәktәb, uşaq incәsәnәt mәktәbi, 2 uşaq bağçası, mәdәniyyәt evi, xәstәxana, baytarlıq mәntәqәsi, klub, poçt, ATS; 3 mәscid var.










