XIRMANDALILAR – türkdilli tayfa. Mәnbәlәrdә h a r m a n d a l u, x a r m a n d a l u, x ә r b ә n d ә l u, bәzәn dә x u d b ә n d ә l u kimi qeyd olunur. Azәrb. tarixçisi Oruc bәy Bayat (16 әsr) qızılbaştayfalarından bәhs edәrkәn X.-ın bayat tayfasına mәnsub olduqlarını vә Sәfәvilәr dövlәtinin siyasi hәyatında mühüm rol oynadıqlarını göstәrir. X.-ın bәzi qollarının 17–18 әsrlәrdә Anadoluya, İraqa vә s. әrazilәrә köçmәlәri ehtimal olunur. Qubalı Fәtәli xanın [1758–89] dövründә tayfa başçısı şahsevәn Mәhәmmәd xanın tabeliyindә Ərdәbil әyalәtindәn Quba xanlığına köçüb, Müşkür vә Şabran mahallarında mәskunlaşan sәkkiz Azәrb. tayfası arasında X. da var idi. Xırmandalı (Masallı vә Bilәsuvar r-nları) kәndlәrinin adlarının X.-la әlaqәdar olması ehtimal edilir.










