XIRMANTƏPƏ – Azәrb. Resp.-nın Quba r-nunun Pirvahid k.-nin c.-unda, üzәrindә çoxtәbәqәli yaşayış yerinin qalıqları mühafizә olunmuş arxeoloji abidә. Vaxtilә xırman yeri kimi istifadә edildiyindәn tәpә belә adlandırılmışdır. Mәdәni tәbәqә tәpәnin üzәrindә e.ә. 2-ci minilliyin sonları eramızın 7–8 әsrlәrinә qәdәr yaşayış olduğunu göstәrir. X.-dәn, әsasәn, çoxlu gil qab qırıqları toplanmışdır. Tәpәnin q.-indә erkәn orta әsrlәrә aid qәbiristan aşkar edilmiş, buradan gil qablar, bәzәk şeylәri vә s. maddi mәdәniyyәt nümunәlәri tapılmışdır.










