XIZIRZİNDƏ ZİYARƏTGAHI, X ı d ı r z i n d ә b a b a z i y a r ә t g a h ı Bakının 90 km-liyindә, Bakı–Quba yolunun kәnarında, Siyәzәn r-nu әrazisindәki Beşbarmaq d.-ndadır. Xalq arasında Xızır peyğәmbәrin mәqamı kimi qәbul olunur vә Xızırın içdiyi “dirilik suyu” ilә әlaqәlәn dirilir (Xızırzindә – far. hәrfәn diri Xızır). A.Bakıxanov “Gülüstani-İrәm”dә orta әsr әrәb mәnbәlәrinә istinadәn bu dağın әlamәtlәrinin vә adının Quranda bәhs olunan Xızırla Musa peyğәmbәrin görüşdüyü yerә (18:65) uyğun gәldiyini göstәrir.










