XİDMƏTLƏR – tәdarükçü tәrәfindәn istehlakçı (fәrd, bir qrup şәxs, hüquqi şәxs) tәlәbatına uyğun hәyata keçirilәn fәaliyyәt (ardıcıl hәrәkәtlәr). İstehlakçı nöqteyi-nәzәrindәn, X. ona fәaliyyәt formasında tәqdim edilәn nemәtlәrdir. X.-in hәr hansı bir vahid tәsnifatı yoxdur. Birbaşa insana göstәrilәn (mәs., tәdris, müalicә, idman, asudә vaxt) vә onun әmlakına yönәlәn (mәişәt texnikasının tәmiri, kommunal vә s.) X., hәmçinin hüquqi, nәql., maliyyә vә bank, mühafizә, tibbi, tәhsil vә s. X. fәrqlәndirilir. Dövlәt tәrәfindәn göstәrilәn X. (mәs., sәnәdlәrin tәrtib edilmәsi, qeydiyyataalma) xüsusi yer tutur.
Klassik iqtisadi nәzәriyyәdә vә marksizm dә X. maddi dәyәrlәrә nisbәtәn ikinci dәrәcәli kimi anlaşılmış, onların qeyrimaddiliyi, әhәmiyyәtsizliyi qeyd olunmuşdur. Müvafiq olaraq maddi istehsal әsas, ilkin vә mәhsuldar X. isә qeyri-mәhsuldar hesab edilirdi. Planlı iqtisadiyyatda X. sferası qalıq prinsipi üzrә maliyyәlәşdirilirdi.
X. Bell özünü postindustrial cәmiyyәt konsepsiyasında X. sferasını informasiya texnologiyalarının inkişafı әsasında iqtisadi artımın tәmin edilmәsinin başlıca amili kimi göstәrmişdir. İnkişaf etmiş ölkәlәrin iqtisadiyyatında X. sferasının payı 60–70% tәşkil edir.










