XİXÓN (Gijoόn) – İspaniyanın şm.-ında şәhәr. Asturiya vil.-ndәdir. Əh. 271 min (2019). Biskay körfәzindә port.
Erkәn orta әsr mәnbәlәrindә şәhәr “Xixiya (Gigia)” adı ilә qeyd olunur. X. Romanın mühüm әyalәt şәhәri idi. Əvvәllәr adı kiçik yarımadaya aid edilirdi.
Şәhәrdә Roma hamamları vә orta әsrlәrә aid saraylar var. Ovyedo un-tinin (1608) vә Milli distant tәhsili un-tinin kampusları, Beynәlxalq tuluq zurnası (1965), Asturiya xalq (1968), X.Barxola (1988), dәmiryol (1998) muzeylәri vә s. fәaliyyәt göstәrir. Botanika bağı (2003), akvarium (2006), Kamp-Torres arxeologiya parkı var. Öküz döyüşlәrinin keçirildiyi El Bibio arenası (1888) tarixi memarlıq abidәsi kimi qorunur. Şәhәr mühüm turizm mәrkәzidir.
Ölkәnin sәnaye mәrkәzlәrindәn biri olan X.-da qara metallurgiya, gәmiqayırma, şüşә, toxuculuq, yeyinti sәnayesi müәssisәlәri, tütün f-ki fәaliyyәt göstәrir. Balıqçılıq inkişaf etmişdir. Saxsı qablar istehsal olunur. Qonşu şәhәrlәr ilә bәrә әlaqәsi var.

Xixon şәhәrindәn görünüş.










