XİLAFƏT HƏRƏKATI – Hindistanda müsәlman hәrәkatı. 1918 ildә Osmanlı imperiyasının Birinci dünya müharibәsindә (1914–18) mәğlubiyyәti ilә әlaqәdar meydana gәlmişdi. Osmanlı sultanını (xәlifәni) dini başçı hesab edәn Hindistan müsәlmanları Avropa dövlәtlәrinin Osmanlı imperiyasına qarşı әrazi iddialarına etiraz edirdilәr. X.h.-na rәhbәrlik edәn Xilafәtçilәr cәmiyyәti Hindistan Milli Konqresinin ingilislәrin әleyhinә fәaliyyәtini dәstәklәyәrәk, vәtәndaş itaәtsizliyi kampaniyalarında (satyaqraha) iştirak edirdi. 1924 ildә Türkiyә Böyük Millәt Mәclisi tәrәfindәn xәlifәliyin (bax Xilafәt) lәğvindәn sonra X.h.-nın fәaliyyәti dayandırıldı.










