Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XİLOTORAKS 
    XİLOTORAKS (yun. χυλός – şirә + yun. θώϐλε – döş qәfәsi) – xilusun (tәrkibindә çoxlu yağ olan limfanın) döş qәfәsinә patoloji toplanması; döş qәfәsi axacağından limforeya nәticәsindә baş verir. X. limfa damarlarının patologiyası ilә әlaqәdar meydana çıxan ağırlaşma vә ya ikincili xәstәlikdir. Etioloji amildәn asılı olaraq X.-ın anadangәlmә, travmatik vә qeyri-travmatik, habelә uzun müddәt papiros çәkәn adamlarda idiopatik növlәri ayırd edilir. Kliniki әlamәtlәr xilyoz mayenin miqdarı 200 ml vә daha çox olduqda baş verir. İlk әlamәt tәngnәfәslikdir vә X. artdıqca tәnәffüs çatışmazlığına qәdәr inkişaf edә bilәr. Döş qәfәsinin müvafiq tәrәfindә ağırlıq, taxikardiya, hipotoniya, kollaptoid vәziyyәtin inkişaf etmәsi qeyd edilir. Ekssudativ plevritdәn fәrqli olaraq X. zamanı döş qәfәsin dә ağrı vә hipertermiya olmur. Limforeyanın gündәlik miqdarının 1,5–2 l-ә çatması çox ağır vәziyyәt sayılır, çünki limfa vasitәsi ilә bәdәndәn çoxlu miqdarda zülal, yağ, elektrolitlәr, limfositlәr itirilir. Bu vәziyyәt xәstәdә metabolik pozulmaların vә immun çatışmazlığının inkişaf etmәsinә, xәstәnin әldәn düşmәsinә sәbәb olur. Diaqnoz ağ ciyәrin rentgeniqrafiyası ilә plevra boşluğunda ekssudatın olmasına, ağciyәrlәrin yığılmasına vә divararalığının yer dәyişmәsinә әsasәn qoyulur. X.-ın sәbәbini aydınlaşdırmaq üçün limfangioqrafiyanın, limfossintiqrafiyanın vә döş qәfәsinin kompüter tomoqrafiyasının aparılması lazımdır. Rentgenoloji mәnzәrәyә vә plevra boşluğunun ultrasәs müayinәsinә әsasәn plevranın diaqnostik punksiyası aparılır. X.-da ağ süd rәngli xilyoz maye alınır. Plevra ekssudatının müayinәsi zamanı onun yağlı, limfa üçün tipik olan yüksәk miqdarda limfositlәr, triqliseridlәr, hüceyrә elementlәrinin olması müәyyәn edilir. X.-da qanda limfopeniya vә hipoproteinemiya olur. Qeyritravmatik X.-ın sәbәbinin aydınlaşdırılması üçün biopsiyanın aparılması lazımdır. Müalicә konservativ üsulla başlanılır. Demәk olar ki, 50%-ә qәdәr xәstәdә limforeyanın spontan dayanması әldә olunur. Konservativ müalicә zamanı plevra boşluğuna daimi drenaj qoyulması vә ya xilyoz mayenin evakuasiyası ilә plevral punksiya seriyası aparılır. Xilyozun әmәlә gәlmәsini azaltmaq üçün xәstәyә tam parenteral qidalanma vә ya yağın mәhdudlaşdırılması ilә yüksәk kalorili pәhriz tәyin olunur. Eks sudatın sorulması üçün venadaxili somatostatin istifadә olunur. Konservativ müalicә nәticә vermәdikdә cәrrahi taktika seçilir. X. zamanı cәrrahi müalicәnin әsas növü plevroperitoneal şuntlama, döş limfa axacağının fistuladan yuxarı vә aşağı bağlanması, limfo venoz anastomozun qoyulmasıdır.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 