XİLURİYA (yun. chylus – şirә + uron –sidik), l i m f u r i y a – sidikdә limfanın olması. Böyrәyin limfa damarlarının vә sidik yollarının genişlәnmәsi, parazitar xәstәliklәr (çox vaxt filyariatoz), bәdxassәli şişlәr, lim favigioma zamanı onların zәdәlәnmәsi nәticәsindә baş verir. X.-da sidik su ilә durulaşdırılmış süd şәkli, bәzәn çәhrayı çalar (hematoxiluriya) alır. Bir neçә saat qabda saxlanılmış sidikdә üç qat tәyin olunur: sarı rәngli–aşağı, ağ rәngli–orta, çoxlu miqdarda yağ damcıları olan yuxarı qat. Sidiyә efir vә ya xloroform әlavә etdikdәn sonra bütün qatlar rәngsizlәşir. Xilyoz sidik zәif turş reaksiyaya malik olur, onda yağ turşuları, neytral yağ, lesitin, xolesterin, protein müәyyәn edilir. Bәzәn böyrәk sancıları, bel nahiyәsindә olan ağrılarla, hipertermiya ilә müşayiәt olunur. X. fasilәlәrlә bir neçә hәftә vә ya ay tәkrarlana bilәr. X.-nın mәnbәyi limfoqrafiya ilә tәyin edilir; bәzәn uroqrafiya vә ya pieloqrafiya ilә pielolimfatik reflüks aşkar edilir. Parazitar X.-nın diaqnozu xәstәnin sidiyindә vә qanında paraziti, yaxud onların yumurtasını tapmaqla müәyyәn edilir. X.-nın aradan qaldırılması üçün limfanın axdığı yer endoskopik koaqulyasiya edilir, böyrәk lәyәni limfa damarları ilә birlikdә lәyәn yaxınlığındakı piy toxumasından azad edilir.










