Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    XİMÉNES DE SİSNÉROS
    XİMÉNES DE SİSNÉROS (Jiménez de Cisneros) Fransisko (1436, Madrid yaxınlığında Torrelaquna – 8.11.1517, Burqos әyalәti, Roa) – İspaniyanın dövlәt vә kilsә xadimi, mesenat. Salamankada hüquq tәhsili almışdır. Fransiskçi rahib (1484), Toledo arxiyepiskopu vә Kastilya kansleri (1495 ildәn), kardinal vә baş inkvizitor (1507 ildәn) olmuşdur. X. de S. II Fernandonun I İzabellanın kilsә işlәri ilә әlaqәdar vә qeyri-xristianlara qarşı yürütdüyü siyasәtә ciddi tәsir göstәrmiş, islahatlar yolu ilә kilsәnin nüfuzunu möhkәmlәndirmәyә çalışmışdır. Qranada müsәlmanlarının zorla xristianlaşdırılmasını, morisklәr arasındakı müsәlman adәtlәrinin aradan qaldırılmasını tәlәb etmişdir; böyük dәyәrә malik әrәbdilli әlyazmalarını yandırmağa göstәriş vermişdi. Şimali Afrikada xristianlığı yaymaq mәqsәdilә hәrbi yürüşlәr tәşkil etmiş, Amerika materikindә İspaniya siyasәtinin formalaşmasına mühüm tәsir göstәrmiş, ora missionerlәr göndәrmiş, yerli hindilәrin istismarını qadağan edәn tәlimatlar hazırlamışdır. X. de S. elmin vә tәhsilin inkişafını kilsәnin xeyrinә yönәltmәyә çalışırdı. 1499 ildә Alkala-de-Enaresdә İntibah dövrü İspaniya humanizminin әsas mәrkәzlәrindәn biri olan un-t yaratmışdı. Renessans bibleistikasının mühüm nailiyyәti sayılan “Çoxdilli Bibliya”nın (“Biblia poliglota complutense”) hazırlanması işini tәşkil etmişdir (1502–17, 1520 ildә nәşr edilmişdir).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 