XİMKİ – RF-nin Moskva vil.-ndә şәhәr. Eyniadlı şәhәr dairәsinin yeganә yaşayış mәntәqәsi (2005 ildәn). Əh. 240 min (2016). Moskva ad. kanalın sahilindәdir. Moskva ş.-ndәn dairәvi avtomobil yolu ilә ayrılır. D.y. st. Beynәlxalq aeroport (Şeremet yevo). X.-dәn “Rossiya” federal avtostra dası keçir.
Sәnәdlәrdә adı ilk dәfә 1908 ildә qeyd olunur. 1920-ci illәrin sonları – 1930-cu illәrdә qonşu yasayış mәntәqәlәri vә boş әrazilәr X.-nin tәrkibinә daxil edildi. 1930-cu illәr – 1950-ci illәrin әvvәllәrindә burada bir neçә aviasiya müәssisәsi fәaliyyәt göstәrirdi. 1936 ildәn fәhlә qәsәbәsi, 1939 ildәn şәhәr statusunu almışdır. 1940–60, 1965–2005 illәrdә Moskva vil.-nin rayon mәrkәzi idi. 1950-ci illәrdәn raket-kosmik texnikası istehsalı mәrkәzlәrindәn biridir. 1953-2001 illәrdә vә 2005 ildәn Moskva vil.-ndә şәhәr, 2005 ildәn eyniadlı şәhәr dairәsinin mәrkәzidir.
Moskva dövlәt mәdәniyyәt in-tu (1930 ildә Moskvada açılmış, 1936 ildәn X.-dәdir; nәzdindә muzey), Rusiya FHN-nin mülki müdafiә akademiyası (1992, tәdris 1996 ildәn), Moskva Aviasiya İn-tunun filialı, 2 qeyri-dövlәt ali mәktәbi; Rusiya dövlәt kitabxanasının bölmәsi, heykәltәraşlıq muzeyi (2009), şәkil qalereyası (1993), şәhәr (1974) vә dram (1996) teatrları fәaliyyәt göstәrir.
X. böyük idman mәrkәzidir. Avropada әn güclülәrdәn biri, Avropa Kubokunun sahibi (2012, 2015) “Ximki” (1997) basketbol klubu rәqiblәrini eyniadlı basketbol mәrkәzindә qәbul edir (2005; 3,5 min yer). “Ximki Arena” futbol stadionunda (2008; 18,6 min yer) Rusiya çempionatının vә müxtәlif beynәlxalq turnirlәrin matçları keçirilir. “Rodina” idman kompleksi, “Planernaya” olimpiya tәdris-idman kompleksi, “Novoqorsk” tәdris-mәşq mәrkәzi vә bir çox digәr idman obyektlәri var.
Əsas maşınqayırma müәssisәlәri: S.A.Lavoçkin ad. EİB (avtomatik kosmik aparatlar, elmi vә müdafiә tәyinatlı komplekslәr), akad. V.P.Qluşko ad. “Enerqomaş” EİB (maye raket mühәrriklәri), akad. P.D.Qruşin ad. “Fakel” maşınqayırma KB (idarә olunan zenit raketlәri), “Horizont” (yerüstü aerodrom avadanlıqlarının istehsalı vә s.). “XimRar” yüksәktexnologiyalar mәrkәzi (yüksәktexnologiyalı dәrman preparatlarının işlәnib hazırlanması vә istehsalı üzrә bir neçә tәşkilatı birlәşdirir), “Farm mühafizә”, “Dәrman texnologiyası” elmi istehsal kompleksi; mebel istehsalı müәssisәlәri vә s. fәaliyyәt göstәrir.

Ximki şәhәrindәn görünüş.










