XİNİN, k i n ә – alkaloid; әsasәn, kinә ağacının (Cinchona) qabığında vәtәrә çiçәklilәr fәsilәsinin remiciya (Remijia) növündәn olan bitkilәrdә olur. Acı dada malikdir. İstilik tәnzimi mәrkәzini sıxır, ürәk әzәlәlәrinin qıcıqlanmasını azaldır, uşaqlıq әzәlәlәrini oyandırır vә s. Malyariya plaz modilәrinin eritrositar formalarının hәyatı fәaliyyәtini mәhv etmәyә qadir vasitә kimi malyariya әleyhinә geniş istifadә olunub. Daha effektli sintetik preparatların yaranması ilә әlaqәdar tәbii X. mәhdud istifadә olunur.










