XİNUKLİDİN, 1-a z a b i t s i k l o [2, 2, 2] o k t a n – heterotsiklik birlәşmә:
Rәngsiz, uçucu kristal maddәdir; tәr.158–159°C (sublimasiya ilә). Suda, üzvi hәlledicilәrdә yaxşı hәll olur; qüvvәtli әsasdır, asanlıqla duz әmәlә gәtirir; alifatik aminlәrin xassәlәrinә malikdir. Qatı mineral turşuların vә oksidlәşdiricilәrin tәsirinә davamlıdır. X. bәzi alkaloidlәrin (mәs., xinin, aymalin) vә sintetik dәrman vasitәlәrinin (mәs., aseklidin, oksilidin) struktur fraqmentidir.










