XİÓQO, X y o q o – Yaponiyada, Honsü a.-nın c.-unda prefektura. Şm.-dan Yapon dәnizi, c.-dan Daxili Yapon dәnizi ilә әhatәlәnir. Sah. 8,4 min km2 (Avadzi a. daxil olmaqla). Əh. 5,5 mln. (2014). İnz.m. Kobe ş.-dir. X. prefekturası Kansay sәnaye r-nunun bir hissәsidir.
Prefekturanın iqtisadiyyatında sәnayenin әsas sahәlәri: qara vә әlvan metallurgiya, tamlı mәhsullar (şәkәr vә yağ z-dları), ümumi maşınqayırma, gәmiqayırma, elektro texnika, kimya, hәmçinin toxuculuq (pambıq parça, süni lif), şüşә-keramika, rezin, oduncaq emalı. Sәnaye müәssisәlәri başlıca olaraq yeni sәnaye qovşağı Harimada, Kobe, Amaqasaki vә Nisinomiya dәnizyanı şәhәrlәrindә tәmәrküzlәşmişdir. Qızıl, mis filizi, bismut hasil olunur. Ərazinin tәqr. 15%-i k.t.-na (әsasәn, çәltik becәrilir) yararlıdır. Tәrәvәzçilik (soğan yığımına görә Yaponiyada 2-ci yerdәdir), bağçılıq (naringi vә armud) var. İpәkçilik, әsasәn, şm.-da yayılmışdır. Ətlik-südlük heyvandarlıq, donuzçuluq, quşçuluq vә balıqçılıq (ildә tәqr. 100 min t) inkişaf etmişdir.










