XİOS (Χίος) – Egey dәnizindә, Kiçik Asiya y-a yaxınlığında ada. Yunanıstana mәxsusdur. Sah. 830 km2. Əh. 54 min (2020).
Maks. hünd. 1297 m (Pelineon d.). Əsasәn, әhәngdaşı vә şistlәrdәn tәşkil olunmuşdur. Aralıq dәnizi kolluqları, şamağacı meşәlәri; zeytun, sitrus meyvәlәri plantasiyaları, üzümlüklәr var. Qoyunçuluq inkişaf etmişdir. Balıq ovlaır. Bismut filizi yatağı var. Xios portu adanın ş. sahilindәdir.

Xios adası. Milopotas çimәrliyi.
Egey mәdәniyyәti mәrkәzlәrindәn biri -dir. Qә dimdә bu әrazidә mәskunlaşmış leleqlәr vә kariyalılar e.ә. 1-ci minilliyin әvvәllәrindә ioniyalılar tәrәfindәn sıxışdırılmışlar. E.ә. 8 әsrdәn mәrkәzi eyniadlı şәhәr olan ticarәt-sәnәtkarlıq polisi idi. Birinci Afina dәniz ittifaqına (e.ә. 478/477–404) daxil olmuş vә burada imtiyazlı mövqe tutmuşdur. E.ә. 378 ildә ikinci Afina dәniz ittifaqının yaradılmasının tәşәbbüskarlarından biri olsa da, Afinanın ittifaq üzvlәrinә qarşı tәzyiqini güclәndirmәsi sәbәbindәn e.ә. 357 ildә baş vermiş üsyanın [Müttәfiqlәr müharibәsi (e.ә. 357–355)] iştirakçılarından biri idi. Müharibәnin sonunda afinalılar, X. daxil olmaqla, әn iri polislәrin müstәqilliklәrini tanıdılar. Homerin vәtәni hesab edilir. Eramızın 1 әsrinin ikinci yarısından Romanın, 4 әsrin sonundan 13 әsrәdәk Bizansın, sonralar genuyalıların, 1566 ildәn türklәrin hakimiyyәtindә olmuşdur. 1912 ildәn Yunanıstanın tәrkibindәdir.










