XİRALLIQ (yun. χείρ ‒ әl) – obyektin (kimyada molekulun) özünün ideal müstәvi güzgüdәki әksi ilә üst-üstә düşmәyәn xassәsi. X. konfiqurasiya vә konformasiya ilә yanaşı stereokimyanın fundamental anlayışıdır. X.-a әks xassә axirallıqdır (bu halda müstәvi güzgüdәki әks ilkin fiqur ilә üstüstә düşür). Xiral molekullar yalnız optiki fırlanmanın işarәsi ilә fәrqlәnәn enan tiomerlәr cütü şәklindә mövcuddur. X. maddәnin optiki fәallığının nәticәsidir. Molekulda birdәn çox xiral fraqment olduqda, o, fiziki vә kimyәvi xassәlәrinә görә fәrqlәnәn diastere omerlәr şәklindә olur.
Mәrkәzi, ox, planar, vintvari vә topoloji X. ayırd edilir. Birinci 4 növ X.-ın müvafiq elementinin (mәrkәz, ox, müstәvi, vintvari sәth), sonuncu isә topoloji әlaqәnin olması ilә xarakterizә olunur (şәk.).
Müxtәlif xiral elementlәri olan molekullar: a – mәrkәz; b – ox; c – müstәvi; ç – vintvari müstәvi; d – topoloji rabitә; A, B, C, Ç – müxtәlif atomlar vә ya atomlar qrupu, M – metal atomu, L ‒ liqand.
Bütün biomolekullar demәk olar ki, xiraldır. Buna görә X. biol. fәallığa malik mürәkkәb birlәşmәlәrin sintezi zamanı hәll edici әhәmiyyәt kәsb edir, çünki enantio merlәrin canlı orqanizmlәrә tәsiri müxtәlif ola bilәr. Müasir dәrmanların çoxu xiral birlәşmәlәrdir vә onların konfiqura siyasına ciddi nәzarәt edilmәlidir. Optiki fәal molekulların enantioselektiv sintezi xiral vә ya asimmetrik sintez adlanır. Tәbiәtdә biosintez prosesindә iştirak edәn bütün әsas optiki fәal a-aminturşular a-karbonun eyni L-konfiqurasiyasına, әsas monosaxaridlәr isә eyni D-konfiqurasiyasına malikdir. Bu faktor bәzәn homoxirallıq adlanır; onun yaranması hәyatın mәnşәyi ilә sıx әlaqәlidir vә bu vaxta qәdәr izah edilmәmişdir.
“X”. terminini ilk dәfә 1884 ildә U.Tomson irәli sürmüşdür. Termin kimyadan başqa riyaziyyatda, fizikada, biologiyada istifadә olunur. X. müntәzәm quruluşlu polimerlәrin, maye kristalların, qeyri-xәtti optika üçün materialların vә s. sintezindә mühüm rol oynayır. Nano kimya inkişaf etdiyinә görә nanohissәciklәrin stereokimyәvi analizinә ehtiyac yarandı.










