XİRARDÓT (Girardot) – Kolumbiyanın mәrkәzi hissәsindә, Kundinamarka dep-tindә şәhәr. Əh. 130 min (2015). Maqdalena çayı sahilindә port. Avtomobil vә d.y. onu Santa-Fe-de-Bogota ş. ilә birlәşdirir.
K.t. mәhsulları, hәmçinin dulusçuluq mәmulatı istehsal olunur. Toxuculuq, yeyinti (o cümlәdәn qәhvә emalı) sәnayesi müәssisәlәri fәaliyyәt göstәrir. Qәhvә, xam dәri vә qaramal ixrac olunur.










